Köhnə kitablar.

in #tr6 years ago

Son zamanlar maraqsız həyat tərzi keçirirəm desəm yalan olmaz. Uzaq düşmüşəm hər şeydən, vaxtımı, zamanımı daha uyğun şəkildə nizamlamıram. Evdən işə, işdən evə... Ged naxıra, gəl axura misalı. Saatı nəbzin üstünə bağlamaq zamanın nəbzini tutmaq deyilmiş demək. Bu fikir bizim tərəflərin şairi Qismət Məsimova məxsusdur. Gözəl qələmi var, bir gün onun haqqında da bir yazı yazacam, söz. Yazının bu yerində fikirləşdim ki, yazının adını "tozlu kitablar" qoyaydım kaş. Daha keçdi, ya da gecdi. Vaxt olanda kitab oxumağa həvəsli insanam. Bədii ədəbiyyatı sevirəm, poeziyanı sevirəm. Bilmirəm bu həvəs hardan yarandı, amma gözəl zövqü var kitab oxumağın.

 
Deməli, bizim kənddə bir mədəniyyət mərkəzi vardı sovetdən qalma. Köhnə, baxımsız bina idi. Böyük kitabxanası vardı. Binanı sökəsi olmuşdular, kitabları saxlamağa yer tapmadılar, bir yük maşınına yığıb harasa apardılar, yəqin yandırdılar. O tozlu kitablarda nələr var imiş, allah bilir, qovuşdu haqqın dərgahına. İndi elə bir səviyyəyə çatdıq ki, texnologiya baxımından, kitabları "PDF" lər əvəz etdi, elektron kitablar. Qəbullanmaq çətin deyil, kitab oxuyan üçün az fərq edir. Bizim Steemit istifadəçiləri arasında ədəbiyyatı, sözü sevən çox insanla rastlaşdım. Nəyini sevmədim buranın deyim. Müzakirələr olmur, deyəsən alınmır, elə ancaq üzərimizdə bir yük varmış kimi bir-iki cümlə yazıb çıxırıq aradan. Mövzunu steemitin giley-güzarı ilə yükləmək istəməzdim amma kor kor, gör gör. Sonda deyim ki, evdə köhnə kitablarımız varsa atmayın, yandırmayın. image
 
 

Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/kohn%c9%99-kitablar
Sort:  

Congratulations @khagani ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 3013 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63964.02
ETH 2592.87
USDT 1.00
SBD 2.75