Şəhərdə "çuşka", kənddə "risovka".

in #tr6 years ago (edited)

Təzə işə başlamışdım, kollektivdə hamı rus dilində danışırdı. Mənim üçün çox pis mənzərə idi. Mal-mal baxırdım hamının üzünə, hərdən söhbət əsnasında gülürdülər, düşünürdüm ki, mənə gülürlər. O qədər peşman idim ki, axı mən niyə bu gavurların dilini bilmirəm. Bir neçə vaxt cəhd etdim ki, öyrənim. Alınmadı. "Ya lyublu tebya" dan başqa bir zad şey edə bilmədim. Sonra düşündüm ki, çox da şey eləmək lazım deyil. Axarına buraxdım. Başladım Azərbaycan dilində daha gözəl danışmağa, daha ədəbi dildə. Düzü alınmırdı, amma cəhd edirdim. Hələ də ləhcədə danışıram, "cuq, cük" edə-edə danışıram, bizim tərəflərdə şəhərə gəlib ədəbi dildə danışana "risovka", "ədəbaz" deyirlər. Qəribədi, şəhərdə öz dilində danışanda "çuşka" deyirlər, kənddə ləhcədə danışmasan "risovka". İkisi də rus sözüdür. Lənətə gəlmiş gavurlar.

qadin.jpg

Deyir, əlavə bir dil bilmək başqa bir insan olmaq deməkdir. Amma rusca danışmaq arzum var, bir müəlliməm vardı, söz verdi ki, sənə rusca öyrədəcəm. Elə bütün günü kəndimizin ləhcəsində danışdıq, rusca da getdi işinin dalınca. Bir dəfə də dostuma dedim ki, bəs rusca öyrənmək istəyirəm. Mənə məsləhət bildi ki, bir rusdilli qızla tanış ol, öyrənəcəksən. Vallahi məndə ki o bəxt var, rusdilli qızı da "çuşka" edəcəm. Bir də gördüm, başlayıb "cuk, cük" danışmağa.

Bir dostum da var, deyir, bəddi ədəbiyyatı orijinalda oxumaq üçün həm rus, həm ingilis dilini öyrənmişəm. Day utanıram, soruşmuram ki, rusdilli "qız tutmusan"? "Qız tutmaq" da bir başqa mövzudu. Gələn yazımda yazaram.

 

image

 


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/s%c9%99h%c9%99rd%c9%99-cuska-k%c9%99ndd%c9%99-risovka

Sort:  

Əla. 😂😂😂 Təşəkkürlər. Oxuduqca təbədsüm doğuran bir yazı idi.

Posted using Partiko Android

Çox sağ ol, təşəkkürlər. Heç olmasa bir nəfər oxuyur. 🐵🐵

Congratulations @khagani ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 2363 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63459.73
ETH 2599.77
USDT 1.00
SBD 2.78