Düşmən bizik.

in #tr6 years ago (edited)

İnsan təbiət canlıları arasında ən vəhşi, ən acımasız bir varlıqdır desəm mübaliğə etməmiş olaram. Sivilizasiya formalaşandan bəri insanlar təbiətə qənim kəsiliblər, ağacları məhv etmək olsun, su hövzələrini çirkləndirmək olsun, nə bilim nə olsun. Təbiətin dili və ağzı olsa bizə ikicə dənə babat söz deyərdi. Ki, adam olun da, adam.


1

Təbiət bumeranqdır, nə versək geri verəcək. Bunu həm yaxşı, həm də pis tərəfdən düşünək. Bir ölkə təbii meşələrini qırıb oduncaq və ya mebel istehsal edir, digər tərəfdən də sosial lahiyələr edərək belə bir devizlə çıxış edir, "hərəyə bir ağac əkək".


2

Biz zatən hərəmizə bir ağac əkmişik. Şəlli, pazlı, payalı. Oğul istəyirəm bu pazı bizdən çıxarsın. Artislik edib, fondlar qurub, gəlin təbiəti qoruyaq deyərkən nə qədər qeyri-səmimi olduğumuzu ortaya qoymuş oluruq. Ona görə də təbiət və onun yaratdığı varlıqlara, bitkilərə, heyvanlara qayğı ilə yanaşmalıyıq ki, bizə paz girməsin. Sonra pazı paz ilə çıxarmaq zorunda qalmayaq.

Cəngəllikdə yaşayan insanlar bizdən daha çox şüurludur. Nöqtə.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/dusm%c9%99n-bizik

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62966.47
ETH 2631.87
USDT 1.00
SBD 2.79