Ədəbiyyatdan uzaq.

in #tr6 years ago (edited)

Son on ildə Azərbaycan ədəbiyyatında yeni bir dalğa formalaşıb. Gənc ədəbiyyatçılar adı altında müəyyən müddət ərzində gündəmdə qalmaq üçün əllərindən gələni edirlər. Yazılarında dəxlisiz adamlara qarşı yazılar yazıb onları söymək kimi ənənə formalaşıb. Söyürsən və gündəm olursan, tanınırsan. Bir də yataq mövzusu var. 18+ yazılar yazırsan, şeirlər deyirsən və sən məhşur olursan.

 


1

Bunlar ədəbiyyat deyil, ədəbi mühit formalaşdırmaq bu deyil. Bizim cəmiyyətin iç üzünü açan yazılar yoxdur,varsa da onları oxuyan yoxdur. Bizə şou lazımdır, bayağı əyləncə, bayağı yazılar, bayağı musiqi.

Test etmişəm, ciddi mövzu açsaq sosial şəbəkələrdə reaksiya olmayacaq. Gəlin yersiz, dəxlisiz bir lətifə yazaq hamı tökülüşəcək, rəy yazacaq, güləcək. Gülünc gündəyik, halımıza ağlayan lazımdır.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/%c9%99d%c9%99biyyatdan-uzaq

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 62025.78
ETH 2417.09
USDT 1.00
SBD 2.49