Bazar iqtisadiyyatı.

in #tr6 years ago (edited)

Bazar iqtisadiyyatı dünyada ən geniş yayılmış mövcud iqtisadi sistemlərdən biridir. Burada oyunçular iqtisadi əlaqələri öz istədikləri formada qurur. Heç bir müdaxilə olmadan. Müasir dövrdə tam mükəmməl bazar iqtisadi sistemi yoxdur. Ola bilsin Estoniya, Sinqapur buna yaxın modellər qurub amma yenə də nəzəri cəhətdən tam qaydalara uyğun bazar iqtisadiyyatı sistemi qurulmamışdır. Bazar iqtisadiyyatında dövlətin rolu isə bir başqa mövzudur, burada dövlət həm nəzarətedici həm də idarə edici formada fəaliyyət göstərir. Tarix göstərir ki, dövlət nə qədər iqtisadiyyata az müdaxilə etsə iqtisadiyyat bir o qədər inkişafa meyilli olur. Bəzi avropa ölkələrində dövlət bazar iqtisadiyyatına vergi yükləməsini daha çox edir, sosialyönümlü işlərə üstünlük verir, bəzi asiya ölkələrində isə daha çox export üçün hazırlanan məhsullara daha çox supsidiyalar ayrılır, ixracyönümlü iqtisadiyyat ön plana çəkilir.


 

image

Dövlətin iqtisadiyyata müdaxiləsi necə olmalıdır? 60-cı illərdən sonra dövlətlər gördü ki, bazara az müdaxilə olununca bəzi yalnış məhsulllar istehsal olunmaya başlayır, iqtisadi krizislər meydana gəlir. Buradan yola çıxaraq dövlətlər sahibkarlar ilə iş birliyi yaratmağa çalışdılar. Soyuq müharibə dövürlərində demək olar ki, iki cəbhə bir-biri ilə ancaq yarış halına gələrək iqtisadiyyatı deyil də öz güclərini nümayiş etdirməyə çalışdılar. Bunun da yalnış təzahürləri hər sahədə özünü büruzə verdi. Biriləri gücləndi, birilərinin isə iqtisadiyyatı çökdü.

Bazar iqtisadiyyatı qanunlarına inanan insan üçün dövlət bazara müdaxilə etməməlidir, komunist ideologiyasında olan bir insan üçün isə dövlət hər şey etməlidir. İndi müqayisə edək, hansı ideologiyalar qalib gəlib? Qərb ya Şərq?


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/bazar-iqtisadiyyati

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62676.37
ETH 2581.43
USDT 1.00
SBD 2.72