Rock n Roll

in #thediarygame2 years ago

Salamlar Steemit Azərbaycanın dəyərli yazarları. Bu yazımda sizlərə son istirahət günümüz olan bazar günündən yazacam. Həftə içi də bəzən işdən sonra nələrsə edirik Amma əsas planlar bazar gününə salınır Bu dəfə planda yaxşı səhər yeməyindən sonra evləri təmizləyib gözəl günəşli gündən keyif almaq vardı İki gün yağan sulu qardan sonra günəşli gün var idi Yoldaşımla mindik metroya düşdük tarqoviyə Biraz gəzdik paltar mağazalarına baxdıq Kurtka almaq fikrimiz var Qiymətlər bahadı üstəlik görünüşü xoşuma gələn olmadı Getdik park bulvara Girişdə tema oldu Deməli girişdə növbə var Bir qapı açıqdı və insanları covid passportları yoxlayıb buraxırlar Bizim insanımız növbə mədəniyyəti olmadığını bir daha göstərir Arxamızda bir xanım var Birdə eşitdik ki deyir növbənizi gözləyin bir qaqaşa Qaqaşın cavabı Növbəynəndü bəyəm
Adama deyən lazımdı yox buyur məllim keç böyük adamsız Dəhşət vallah Nəysə girdik Adidasa Bilirdim qiymətlər bahadı Sadəcə baxmaq istəyirdim üstəlik 50 faiz endirim var idi Deməli 600 manatdan düşüb 350 manata nazik amma çox isti saxlayır mənfi 5 dərəcəyə qədər İçində quş tükü var Bu heçdə yaxşı deyil sırf insan üşüməsin deyə quşların öldürülməsi
Çıxdıq ordan acmışdıq getdik komagenedə çiy köftə yedik Sonra dostlarımızı gözlədik Axşama doğru hava soyuyurdu Bizdə getdik hot chocolate içməyə Ordada problemlə qarşılaşdıq Deməli ofisanta dedik ki bizə inək südü içmirik alternativ olan bitki südü ilə verin Güclə başa saldıq İndi gətirib içirik dadı o deyil çağırdıq deyir süd siz istiyəndi amma şokolad nədi bəs südlü şokoladı əridib tökmüşük içinə Biz deyir südə allergiyamız var bunlar südlü şokolad əridib gətirir Dəhşət Həqiqətən südə çox pis allergiyası olan insan içmə üzü şişəcək bəlkə də ölər orda bunların vecinə deyil

Ordan qaçdıq başqa yerə həmişə getdiyimiz united coffee beans Orda hərşey yaxşı oldu Axşam 9 da rock konsert vardı getdik dedik güldük gəldik evə Bu qədər

Sağolun Sağlıcakla kalın

WhatsApp Image 2021-12-28 at 11.55.23.jpeg

WhatsApp Image 2021-12-28 at 10.44.43.jpeg

WhatsApp Image 2021-12-28 at 10.44.44 (1).jpeg

WhatsApp Image 2021-12-28 at 10.44.44.jpeg

WhatsApp Image 2021-12-28 at 10.44.44 (2).jpeg

WhatsApp Image 2021-12-28 at 11.55.24.jpeg

Coin Marketplace

STEEM 0.30
TRX 0.11
JST 0.033
BTC 63968.82
ETH 3136.80
USDT 1.00
SBD 4.28