İqtisadi siyasət və milli görüşlər.

in steempress •  16 days ago

Salam dostlar, hörmətli steemit üzvləri iqtisadi sahədə fərdi görüşlərimi sizlərlə yazacağım blog yazısında qısa anlatmağa çalışacağam. Ümid edirəm ki, yorucu olmaz, zatən hər şeyi oxumadan baxıb keçirik.

İnsanın tarix qarşısında ən böyük yalanı öz fikirlərini "bu mənim şəxsi düşüncəm, şəxsi fikrimdir"deməsidir. Açığı bu da mənim şəxsi fikrim və düşüncəmdir. Fərd olaraq sənin fikir və düşüncən topluma sirayət edib "toplu fikir" formalaşdırmalıdır. Ölkə olaraq "elə mənə qalıb?! " prinsipləri ilə hərəkət edirik.

erzaq-1.jpg

1

Ölkə demişkən, Azərbaycan kənd təsərrüfatı ölkəsidir, Neft ölkəsi deyil. Bir Abşeron yarımadasında neft çıxırsa və digər rayonlarda əhali yazda əkməsə qışda ac qalmaq kimi problemlərlə üz-üzədirsə, bizim ölkə kənd təsərrüfatı ölkəsidir.

q7k68tc96afrpu6041354qanl5sen.jpg

2

Dünya ölkələrinin ərzaq qıtlığı kimi bir dəhşətli problemi var. Bunu təsəvvür etmək çətindir, bilirəm, amma insanlar ərzaq məhsullarının qıtlığından, aclıqdan ölür. Ölür sözü hərfi mənada çox da çətin deyil, sadə söz-ölür, məsələ insan ölümünə seyrçi qalmaqdan gedir.

Söz və cümlələr başını alır gedir, Azərbaycan iqtisadiyyatı yaddan çıxır. Hə neft üzərində qurulub və digər sahələrin inkişafına göz yumulmuş iqtisadiyyat. Desəz ki, bəs pambıq??!!

Müasir dünyada pambıq istehsalı və emalı Azərbaycan kimi ölkələrdə öz təsdiqini tapırmır. Lap evlərin damına da torpaq töküb əksən o məhsuldarlığı ala bilməyəcəksən. Pambıq ili elan edib də əkin sahələrini və mal-qaranın otaqlarını pambığlığa çevmək də bir səhv addımdır, əli aşından da olursan, vəli aşından da.

Ot sahələri azalıb, pambıq istehsalı sıfır, payızda ətin qiyməti nə qədər olacaq? Çətin sualdır. Desəz ki, mal-qaraya pambıq çiyidi vermək olar, yox olmur, müasir inəklərimiz müasir yeməklər istəyir.

Demək iqtisadiyyat sərəncam imzalayıb onu icra etdirməklə olmur, iqtisadi qanunlar var, tələb var, təklif var. İstehsal var, istehlak var.

Avropanın ən böyük inkişaf etmiş ölkələri kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış ölkələrdir. Tutasan birinin yaxasından ki, bəs Hollandiyanın nefti yoxdu ki, torpaqla, kəsəklə oynayır? Bizim öz Avropa modelimiz var. Heş zad.

Dünya ölkələri hal-hazırda iki sahə üzrə ixtisaslaşır ya texnologiyalarını satır ya da istehsal etdiyi məhsullarını. Neft tükənən iqtisadiyyatdı, bu gün var, sabah yox. Neft üzərində qurulan iqtisadiyyat sabah yoxdur deməkdir.

15089375284224633466_1000x669.jpg

3

Müasir texnologiyalardan istifadə edərək kənd təsərrüfatı məhsulları istehsal etmək ölkənin milli maraqları olmalıdır, ərzaq təhlükəsizliyi olan ölkələrin pul vəsaitlərinin əriməsi problemi olmur, dayanıqlı iqtisadi inkişafı olur. Ya ağlını iqtisadi sahədə istifadə edib elektron məhsullar satacaqsan ya qolunu yorub əkəcəksən, biçəcəksən. Kənardan avtomobilin hissələrini gətirib təkərinə bu ölkənin havasını vurub satmaq, o avtomobilin yerli olması demək deyil ki. Yerli olan təkərin havasıdır. Təkərə düşmüş iqtisadiyyat modeli...

Sonu mutlu tamamlamaq lazımdır, steemitdən bərk yapışın, steem poverlərinizi göz bəbəyi kimi qoruyun. Tanrı bizi qorusun.


Posted from my blog with SteemPress : https://wolfofsteemit.000webhostapp.com/2018/06/iqtisadi-siyas%c9%99t-v%c9%99-milli-gorusl%c9%99r

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Avropa bizə həsəd aparır Aztv demişkən...

·

Hamı bizim bu yüksək səviyyədə inkişaf etdiyimizi qısqanır😂😂😂