Telefon zəngi!

in steempress •  13 days ago
Salam əziz Steemitaz oxuyucuları!

Bugün də sizlər üçün ilk ağlıma gələn mövzudan danışacağam. Bu mövzu Telefon zəngidir. Müasir insanların həyatının ən önəmlisinə çevirilən telefon zəngləri. Həyat ilk yarandığı anlarda insanların ünsiyyəti sadəcə olaraq uzaq məsafələri səsləyərək başlamışdı. İndi isə uzaq məsafə yaxın məsafə demədən insanlar bir-biri ilə ünsiyyət qura bilir. Bu ünsiyyətin də ən önəmlisi telefondur. Telefon zəngləri bəzən insanın özünü özündən usandırır. Hərgün və hər dəqiqə gələn zənglər, susmayan telefon, sıxıcı günlərə də bəzən gətirib çıxara bilir. Amma bu qaçınılmaz bir varlıqdır ki, istəsək də ondan uzaqlaşa bilmirik. Bir zamanlar ünsiyyət sadəcə telefon zənglərindən ibarət idi. O zaman hələ 80-90-cı illər idi. Hələ yeni-yeni Azərbaycana telefon gəlmişdi. Sadəcə ATS-lərdə var idi telefonlar. İnsanlar məktub dövründən sonra keçid etdikləri bu çevirməli telefon dövrünə çox xoş və sevinclə yanaşırdılar. Beləliklə, dəyişildi, dəyişildi və müasir zamana gəldik. İndi isə telefon zənglərindən ibarət olmayan telefonlar hərgün daha da inkişaf etdirilir və daha da təkmilləşdirilir. Bugün isə artıq böyük kompüterlər belə telefon vasitəsilə əvəz edilib sanki. İnterneti daha çox telefonda istifadə edirlər. İndiki zənglər isə vatsap, line, viber, skype kimi proqramlar vasitəsilə həyata keçirilir. Bugün həyatımızda baş verən dəyişikliklər mənfi və ya müsbət olmasından aslı olmayaraq inkişafa apardığı söylənilir. Bunu da söyləyən zənglər, mənbələr, mətbuatlardır. Hərşey müsbətə doğru gedirsə bu zaman niyə hələ də qoca nənə babalar telefona nifrət edirlər. Nəvələr, övladlar telefonla məşqul olduqda elə danlanılırlar ki, elə bil ki, dərsini oxumayan birinci sinif şagirdidirlər. Halbuki, bəziləri universitet müəllimləri, bəziləri nazirlik əməkdaşları və hətta bəziləri nazirlər, müdürlər və s. Maraqlıdır elə deyil mi? Telefon zəngləri! Telefon zəngləri!

Posted from my blog with SteemPress : http://steemitaz.com/2018/10/04/telefon-z%c9%99ngi/
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations @steemitaz ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 1000 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.