Səbr etmək və hədiyyəsini almaq!

in #steempress6 years ago (edited)

sebr_02541.jpg

Salam əziz Oxuyucularım!
Bugün sizlərlə səbr etməkdən söhbət açacağıq. Səbr etmənin faydaları, necə səbr edə bilərik?. Bu kimi mövzularda söhbət edəcəyik. Bir ata sözü də vardır ki, "səbrin sonu salamatçılıqdır."
Bu mövzuda söhbət açmazdan əvvəl bunu qeyd edim ki, böyüklərimizin hər bir sözünə qulaq asmaqda fayda vardır. Yaşadığınız həyat boyu yəqin ki bunun fərqinə varmısnız. Belə ki, siz hər hansı bir şey etmək istədiyinizdə böyükləriniz bunun ziyan olduğunu, sənə zərər verə biləcək bir şey olduğunu deyib, səni bundan çəkindiriblər. Müəyyən müddət keçdikdən sonra onların dediklərinin əslində gerçəkdən də doğru olduğunu anlayıbsınız. Demək ki, böyüklərimizdən eşitdiklərimiz nəsihətlər əslində bir həyat qanunudur.

Buna səbəb onların da illər boyu yığdıqları bilik və bacarıqların, məlumatların nəticəsidir.
Səbr etmək ilahi bir hissdir. İlahi bir duyğudur. Hətta Allahın da adlarından biri "Səbr"-dir.
Bir sıra hədislərdə və dini kitablarda Allahın insanları aclıqla, səfalətlə bəzilərini isə var dövlətlər, sərvətlə, bütün arzularına çatması ilə sınayır. Bəndəsindən səbr etməsini, təmkinli və təkəbbürsüz davranmasını istəyir.
Səbr sözü Quranda 104 dəfə zikr edilmişdir. Səbr mömin insanların bir-birinə bağlandığı, reallıqları özündə saxlayan və dünyanın sonunda-axirətdə də insanların köməyinə çatacaq bir vasitədir. Allah səbredənlərlədir. Səbr edən bir kimsə Onun yanında daha çox qiymətlidir.
Səbr etmək dilə asan bir kəlmə gəlsə də hər bir kəs bunu bacarmır. Çünki səbr güclü insanların işidir. Güclü olmayan səfil və cahil insanlar isə səbr etmək yerinə əsəbi olar, həmişə işi dara çəkər, özlərində nöqsan görməz və həmişə qalmaqallı bir vəziyyət yaradarlar. Belə insanlardan həyatınızda çox görübsünüz. Lakin elə insanların hansınınsa xoşbəxt bir həyat sürdüyünün şahidi heçbir zaman ola bilməzsiniz. Çünki o insanlar ki, dünyada var olmalı olanı yox görürlərsə demək ki, o tip insanların yaşaması da digər yaxşı insanların həyatına mənfi təsir edər. Mənfi enerji ilə yüklü olan bu cür insanlar ətrafındakıların da qanını qaraldar və hərkəsin onlar kimi pis əqidə sahibi olmalarını ürəkdən istəyərlər. Belə insanlar isə şeytana uyan və doğru yoldan çoxdan çəkilən insanlardır.
Səbr etmək bir gözəllikdir. Səbrsiz olduğumuz anlarda verdiyimiz qərarların həyatımıza göstərdiyi mənfi təsirləri yaşadıqca daha çox görürük.

Posted from my blog with SteemPress : http://steemitaz.com/2018/09/s%c9%99br-etm%c9%99k-v%c9%99-h%c9%99diyy%c9%99sini-almaq

Sort:  

Congratulations @steemitaz ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 1596 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Sabır en büyük insani erdemdir. Emeğinize sağlık güzel bir paylaşım olmuş


Bu yazı Curation Collective Discord Sunucusunda küratörlere önerilmiş ve manuel inceleme sonrasında @c-squared topluluk hesabından oy ve resteem almıştır.
This post was shared in the #turkish-curation channel in the Curation Collective Discord community for curators, and upvoted and resteemed by the @c-squared community account after manual review.

Paylaşımınız günün en Jumbo yazısı seçildi. Yazınız Jumbot ve Jumbot Kürasyon Kuyruğuna bağlı hesaplar tarafından oylanmıştır. Jumbot TR içerik oluşturucularına destek olma amacıyla kurulmuş bir oluşumdur. .

Jumbot hakkında daha fazla bilgi için Tıklayın

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 64230.75
ETH 3149.35
USDT 1.00
SBD 3.85