Coğrafiya haqqında məqalə!

in #steempress6 years ago

Salam əziz Steemitaz oxuyucuları!


Günlük paylaşımlar listimə bugün də coğrafiya mövzularını əlavə etdim. Artıq Coğrafi məlumatlar ilə də sizləri tanış edəcəyəm. Coğrafiya elmi çox maraqlı elmdir. Necə deyərlər bütün dünyanı əhatə edir. Dünyada baş verən proseslər coğrafiyanın tərkib hissəsidir deyə bilərik. Geo yer , qrafo yazıram sözlərindən yaranmış olan Coğrafiya yer kürəsi haqqında məlumat verən və yer kürəsinin aid olduğu qalaktika və onu əhatə edən qalaktikalar haqqında bir elmdir. Coğrafiya elmi özündə bir neçə elm sahələrini birləşdirir. Coğrafiya elminin tərkibində Astranomiya, Hidrologiya, Geomarfologiya, Geologiya, Geodeziya və başqa sahələri vardır. Yer kürəsinin başlamasından, yaranmasından başlayaraq ta ki bugünə qədəri, yer kürəsinin üzərində olan dağın, daşın, çayın, küləyin, yağışın, qarın hamısından bəhs edən bir elmdir Coğrafiya. Çoxşaxəli olması ilə seçilir. Çoxlu sahələri əhatə edərək hegemon bir elm sahəsi olmasını təsdiqləyir. Bugün yer kürəsində sudan, torpaqdan, havadan bəhs edərsək onların təbii sərvətlərinin bugünkü həyatımıza təsirini düşünərsək bu zaman bu elmin nələri öyrənməsinin canlı şahidi olduğumuzu görərik.

Yer təbəqələrini, yeraltını və yürüstünü öyrənən bu elm sahəsi, orta məktəblərdə tədris olunur, həmçinin universitetdə də bu elm sahəsinə aid olan ixtisas və fakultələr vardır. Bir elm sahəsi kimi bu elmə geniş yer verilmişdir. Dünya üzərində Ptolmey, Eratosfen, Magellan kimi coğrafiyaçıları misal göstərmək olsa da, Azərbaycanın da məşhur coğrafiyaşünas alimləri, coğrafiyaçıları vardır. Nəsrəddin Tusi hələ müasir qlobus xəritələr olmadan yer kürəsinin kürə formasında olmasını bildirmiş və yerin ilkin xəritəsini hazırlamışdı. Lakin bu illər sonra başqaları tərəfindən kəşf edilmiş və onların adı ilə elm sahəsinin tarixində qeyd olunur. Budaq Budaqov, Həsən Əliyev kimi Səfəralı Babayev kimi coğrafyaçılarımız da vardır. Coğrafiya elminə Azərbaycanın töhfələri böyük olmuşdur.

Azərbaycan Respublikasının coğrafi mövqeyi onun coğrafiyasının formalaşmasında və yadellilərin diqqətini cəlb etməsində mühüm rol oynayan faktor olmuşdur. Təbii sərvətlər ilə, yeraltı və yerüstü sərvətlər ilə Azərbaycan tarixən diqqət mərkəzində olmuşdur. Dünyada ilk dəniz üzərində şəhər məhz Azərbaycanda salınmışdır. Dünyada olan yeganə üzən ada Azərbaycandadır.

Coğrafiya elminin inkişafı, bu elm sahəsində qazanılan uğurlar ölkələrin iqtisadiyyatında və siyasi vəziyyətində mühüm dəyişikliklər gətirəcəkdir. Dünyanın yeni bir Ameriqo Vespuççinə ehtiyacı vardır.


Posted from my blog with SteemPress : http://steemitaz.com/2018/10/17/cografiya-haqqinda-m%c9%99qal%c9%99/

Sort:  

Congratulations @steemitaz ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 1492 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63178.17
ETH 2581.50
USDT 1.00
SBD 2.71