Uğuru necə əldə etmək olar?

in steempress •  28 days ago

Uğur qazanmaq üçün bir yerdən başlamaq lazımdır, adətən bizə bir şeyi əldə etmək üçün istəməyin lazım olduğu, hətta çox istəməyin lazım olduğu deyilir.

Bəzi insanlar elə bilir, elə başa düşürlər ki, bir şeyi çox istəsələr bir hərəkət etmədən belə bir gün o istəklərinə çatacaqlar. Amma təcrübə və məntiq göstərir ki, biz istəklərimizə qarşı heç bir hərəkət etmədikdə bu istəklərimizin həyata keçməsi mümkün deyil. Demək ki, istəmək və istəməkdən sonra başlamaq lazımdı. Atalar demiş "yüz fikir bir borcu ödəmir".


1

Bir yerdən başlamaq lazımdır. Onsuz da yüz fikir və ideyalarımız var, onlar fikir və ideya olaraq qalmamalı, ilk addım atılmalıdır, uğurlu və uğursuz olacağı sonranın işidir, başlamaq belə uğurdur. Başlamaqdan qorxmamaq lazımdır.Bəzi insanların istəkləri istək olaraq qalır ki, onlar başlamaqdan qorxurlar.Uğur qazanmaq üçün mütləq bir yola çıxın. Bunu məndən yaxşı edənlər var deyib dayanmaq olmaz.

Risk etməkdən çəkinmə!!!


2

Problem beyinlərdədir, "mənə güllərlər, mənə lağ edərlər" deyə düşünməyin.

Yapon atalar sözü var, yeddi dəfə yıxılsan da səkkizinci dəfə qalxmağa cəhd et. Kiçik uşaq təzə ayaq açıb yerimək istəyəndə 2-3 addımdan sonra yıxılır və bir neçə gündən sonra addımlamağa başlayır. Uşaq ona görə yeriməyə nail olur ki, addım atmağa cəhdi hər gün edir, gəzə bilənə qədər edir, yıxılır, ağlayır amma yenə edir. Kənardakıların güləcəyi ona lağ edəcəyi umrunda belə deyil.

  1. Başlayarkən səhv etməkdən qorxmayın.
  2. İstəmək, başlamaq və davam etmək.
 


3

Uğur qazanmağın sirri budur. Məhşur atalar sözü var, "daşı deşən suyu gücü deyil,damlaların davamlılığıdır"

Elə isə sən niyə dayanmısan? Özünüzə güvənin. Elə bu gün başla, bir yerdən başla. ziyan etsən də, alınmasa da başla ki, uğur qazanasan!!!


Posted from my blog with SteemPress : https://revan746.timeets.xyz/2018/06/21/uguru-nec%c9%99-%c9%99ld%c9%99-etm%c9%99k-olar/

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Biz də cox düşünmədən başladıq. Amma indi çox düşünməyə məcbur qalmışıq. Bu steemit yuxularımı qarışdırıb. Uğur başladığı yerdə qalıb. 😂😂😂😂
Əla yazı idi. Əllərinə, zehninə sağlıq.

·

Steemitden başqa da işlər var, məsələn Liza almaq)) ümumi yazıdır, hər bir sahəyə aiddir.

qəşəy paylaşımdı. qardaş mənə vatsapdan yaz da 994508938291

·

Yazdım, cavab versən sevinərəm.

·
·

😀😁😂