Quruca hərflər... Qupquru...

in #steempress5 years ago

Əlbət, bu gen dünyada, bu qoca Günəşin altda yeni heç nə yoxdur. Olan da, ölən də sözdür və biz indi haman köhnə sözü mahiyyətcə eyni olsa da, formaca ayrı cür yazmaqla məşğuluq.

Hər yazıçıya bir mətn üçün iki-üç cümlə gəlir. Diqqətli oxucu bu ilahi söz payını bir hekayənin, bir romanın içərisində apaydın görür. Mətnin qalanı yazılmışın, deyilmişin redaktəsidir.


image

Bu gen dünyada, bu qoca Günəşin altda mahiyyətcə heç nə dəyişməyib. Dəyişən formadır.

Bu günün qələmi də olanı, öləni mahiyyətcə eyni olsa da, fərqli formada yazır.

Fəqət, zamanla mətnlər sintetikləşir, texnikiləşir.

Bu “izm”ik mətnlərdə sözün enerjisi yoxdur.

Quruca hərflər... Qupquru...

Texnoloji tərəqqi, mobilləşmə, robot... – dünyada trend mövzudur. Əlbət, olan hər şey sözdürsə, olan hər şeydən yazmaq olar, ancaq ədəbiyyat indiki zamanda yazılırsa, indiki zamanı yazırsa, avtomatik texnikiləşir.

Ədəbiyyat xatırlamadır, xatırlatmadır... Bu yerdə ustad sözünü xatırlayıram: “Biz öyrənmirik, xatırlayırıq...”

Əslində, bir başqa mövzu haqda yazmalı idim, məni bura Söz gətirdi.

Yazmalı idim ki, bədii mətnin işi “nə” yox, “necə” olmalı.

“Nə mesaj verib?”, “Siyasi-ictimai hadisələrə reaksiyası necədir?” – hə, buyur, iki primitiv oxucu ölçüsü.

Məsələ odur ki, əksər yazıçılar və oxucular belə düşünür.

Məsələn, şair Əflatun deyir ki, əsas ideyadır.

Ədəbiyyat məndən ötrü bədii-estetik zövq məsələsidir, əllə toxunulmayan, gözlə görülməyən şeylərin yanına uçmaq, o məchul-mübarək aləmi söz-söz seyr etmək,



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/10/quruca-h%c9%99rfl%c9%99r-qupquru

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63900.40
ETH 3140.82
USDT 1.00
SBD 3.98