Azərbaycan və modern dünya.

in #steempress6 years ago (edited)

Başlığı yazmadan mövzuya girmək köhnə adətimdir. Qısası kəndə getmişdim, keçənlərdə facebookda yazı yazan vaxtlarım idi, həftə səkkiz mən doqquz, kəndimizə mədhiyyələr yazırdım. Sonra kəndin gəncləri məni tısbağa çanağından çıxıb, çanağı bəyənmir damğası ilə məni xalq düşməni etdilər, blok. Okey. Yazmıram. Guya babat da yazıram axı.

IMG_20180711_135844.jpg

Hə, qısası kəndə getmişdim. Eşitdim ki, bəs qonşumun "gedəsi" 695 bal yığıb, universitet üçün. Maşallah. Nə deyim? 100 ailə yaşayan bir dağ kəndinin adına qürurverici hadisədir, dastan yazıb qırx gün, qırx gecə çalıb-oynamaq, yeyib-içmək olardı, dəmləşib fındıq ağaclarının altında yatmaq olardı. Olardı. Olmadı. Yaxşı ki, olmadı.

Mövzudan mövzu çıxır, yəni qaqanız temadı, yerini bilən yox. Yolüstü 695 bal yığan fəxrimizlə görüşmək qismət oldu, atası yanında idi. Xoş beş, təbrik filan, falan.

Azərbaycan olaraq biz təhsili yox, diplomu qonşuya açığ verək deyə, ya da qonşu yanıb tökülsün deyə alırıq. Diplom dəb əlamətidir, filankəsin diplomu var, məsələn. Qız köçürəndə də cehiz üstündə diplom veririk. Diplomu olan qıza hər kəs yaxın düşə bilmir, allah haqqı. Mövzudan mövzu çıxır, canım üçün.

Azərbaycan insanını filankəsin oğlu və qızının bircə dəfə harasa girməyi maraqlandırır, sonra oxudu, diplom aldı almadı, maraqlı deyil. Təki girsin.

Qonşumun oğluna hansı ixtisası seçəçəksən deyə soruşdum, dedi ki, neft. Heş zad, özü seçmiyib, atası seçib.

Azərbaycan və modern dünya bax budur. Neft erası son akkordlarını vurur, bizim ən savadlı insanımız neft sahəsində özünü görür, dünya Marsda düşərgə salmaq istəyir, Elon əximiz uçan maşın qayırır, biz neft ölkəsiyik deyə car çəkirik. Örnəyi Venesuela.

İKT əsri və biz neft ixtisasını seçirik, nano texnologiyası dünyanı fəth edir, biz Balaxanı neft və qaz yataqlarının işlənməsi üçün yeni zadlar fikirləşirik.

Nə bilim əşşi. Yenidən oxumaq imkanım olsaydı, ədəbiyyatı seçərdim.

Yenidən erməni dəyirmanına su tökən yazılar ilə görüşünüzə gələcəm. Sağlam qalın.


Posted from my blog with SteemPress : https://bot-az.timeets.xyz/2018/07/25/az%c9%99rbaycan-v%c9%99-modern-dunya/

Sort:  

yaratmisan yene

Allah haqqı səs almaq üçün yazıram 😀😀

Coin Marketplace

STEEM 0.28
TRX 0.11
JST 0.031
BTC 69236.16
ETH 3848.39
USDT 1.00
SBD 3.66