ƏN böyük problemimiz nədir?

in #steemix6 years ago

İlk insanın həyatındakı ən böyük dəyişikliklər yazının tapılması ilə başladı. Çünki şifahi olan xatirələr, biliklər, fikirlər, düşüncələr başqalarına yazı ilə ötürülməyə başlandı. Məhz yazının kəşfi, günümüz texnologiyasının ən əsas nəticəsidir. Demək ki, insan həyatında təhsilin çox əhəmiyyətli yeri var.


  • Müsəlman ölkələrinin ən böyük problemi təhsildən başqa hərşeyə investisiya qoymalarıdır. Xüsusilə öz gələcək həyatları üçün.
  • İkinci ən böyük problemi müsəlmanların, ətrafındakı müsəlman olmayanları müsəlman etmək cəhdidir. Xüsusilə, heç bir nəticə ummadan cahilləri belə müsəlman etmək cəhdi. Cahil insanın qərar vermək, seçim etmək, analiz və təhlil etmək qabiliyyəti olmur. Bu baxımdan cahil olan birini populist və pis niyyətli olan bir misyoner istədiyi kimi yönləndirə bilir. Bunun əyani sübutlarını hal-hazırda orta-şərqdə (İŞİD) görürsünüz.
  • Yaşadığımız dünya və inkişaf etmiş ölkələrlə ayaqlaşa bilmənin tək və yeganə yolu təhsildir. İstədiyin qədər ölkəndə dini təhsili olan müctəhid olsun. Çi fayda.
  • İstədiyimiz qədər Orta şərqdə, Nigeriyada, Əfqanıstanda baş verən terror hadisələri törədənlərin müsəlman olmadığını söyləyin. Hətta əsl İslamın bu olmadığını bütün dünyaya car çəkin! Dəyişən heç birşey olmayacaq.

Çıxış yolu: TƏHSİL! Bu dünya ilə mübarizə apara biləcək dünyəvi təhsildir. Bu günün inkişaf etmiş ölkələri etdiyi kəşlərlə öyünərkən, müsəlmanların hələ də insanın həyat tərzini nizamlayan Quranı- Kərimi, bütün elmlərin şahı kimi qəbul edib öyünməsi cahillikdən başqa birşey deyil.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63252.26
ETH 2662.75
USDT 1.00
SBD 2.79