Sehirli küp

in #steemix6 years ago (edited)

19265_source.jpg
https://goo.gl/images/A9nbQg

Biri var idi, biri yox idi. Qədim zamanlarda bir keçəl var idi. O, dağın ətəyində yerləşən bir kənddə yaşayırdı. Keçəlin kasıb bir daxması və kiçik bir həyəti var idi. O, hər il yazda həyətini şumlayır, buğda əkirdi. Yığdığı buğdadan un çəkib qışa saxlayırdı. Bu kəndin qışı uzun və sərt keçirdi, ona görə də hamı qışa hazırlıq görürdü.
Keçəlin iki toyuğu var idi, bir gün o toyuqları üçün dağın ətəyinə ot yığmağa getmişdi. Birdən o, otların arasında köhnə bir küp gördü. Əyilib küpü yerdən qaldırdı. Küpün rəngi getmişdi, qulpu isə sınıqdı. Keçəl düşündü:" Toyuqlarımın yumurtasını bu küpə yığaram"
Keçəl evə qayıtdı. Əski ilə küpün tozunu silib, sandığın üstünə qoydu. Axşam düşdü, keçəl yıxılıb yatdı. Səhəri gün yuxudan oyandı, toyuqlarının yumurtalarını küpə qoymaq istəyəndə , gözlərinə inanmadı. Küp ağzına kimi yağla dolu idi. Keçəl yağın bura necə gəlib düşdüyünü anlaya bilmədi. Amma çox sevindi, yağı çörəyin üstünə çəkib yedi.
Bu hadisə səhəri gün də təkrar olundu, bu dəfə küpdə ət var idi. Keçəl daha heç nə fikirləşmədi, əti götürüb yemək bişirdi. Bundan sonra küp hər gün keçələ bir şey verirdi, düyü, toyuq, çörək və başqa şeylər.
Keçəl bu şeylərdən yeyib kökəlmişdi, daha bostanda işləmir, və buğda əkmək haqda düşünmürdü. Qarşıdan gələn qış onu qorxutmurdu, çünki sehirli küpünə arxayın idi.
Yay keçdi, payız da bitdi, qış qapının ağzını aldı. Keçəl hər gün küpün verdiyi yeməklərdən yeyirdi. Amma o, qışa hazırlaşmamışdı. Nə buğdası var idi, nə də bir kisə unu.

keloglan-ve-kokulu-cicek.jpg
https://goo.gl/images/9ECdXU

Bir dəfə kəndə möhkəm qar yağırdı. Keçəl evdə sobanın yanında oturub küpdən çıxan toyuğu yeyirdi. Birdən qapı döyüldü, keçəl qapını açdı və qoca bir qarı gördü. O, qarını evə dəvət etdi. Sobanın yanında otuzdurdu və qarıya yemək verdi. Qarı keçəlin küpün içindən yemək, çörək, sonra meyvə çıxardığını görüb təəccübləndi.
Bu sirri soruşanda, keçəl ona küpün sehirli olduğunu söylədi. Qarı nənə dedi ki, bu sirri heç kimə deməyəcək. Gecə keçəl və qonaq yatdılar, səhər açılanda keçəl durub gördü ki, nə küp var, nə də qarı. O, küpü də götürüb, qaçıb.
Keçəl həyətdə oturub başına döyüb ağlamağa başladı.:" İndi mən nə edəcəm, küp mənə hər şey verirdi, daxmanın altında acından öləcəm" Onun həmişəki kimi buğdası yox idi ki, dəyirmana aparıb çəksin, un eləyib evə gətirsin.
Elə bu vaxt evin yanından bir kişi keçirdi. O, keçəlin ağlamağını eşidib, həyətə girdi və keçələ yaxınlaşıb niyə ağladığını soruşdu. Keçəl başına gələni ona danışdı.
Kişi diqqətlə qulaq asıb, sonra dedi:" Sehirli küpünün olması yaxşı şeydir. Amma gərək sən küpə arxayın olmayaydın. İnsan yalnız özünə güvənməlidir. Niyə yazda torpağını şumlayıb buğda əkmədin? Oğlum, onu bil ki, havayı olan heç bir şey daimi deyil. Yəni bir gün olmaya da bilər. Bax, sənin küpünü öğurladılar, o yerə düşüb qırıla da bilərdi. Qoy bu sənə dərs olsun, bundan sonra belə səhvlər etmə."
Keçəl sanki yuxudan ayıldı. Başa düşdü ki, səhv edib.Öz-özünə fikirləşdi:" Gərək yazda torpağı əkib becərəydim. Buğda və meyvə tərəvəz tədarükü görsəydim, indi belə olmazdı."
Hadisədən xəbər tutan qonşular qışı keçirməkdə keçələ kömək etdilər. Keçəl qışı birtəhər başa vurdu. Yaz gələn kimi torpağını şumlayıb buğda səpdi. Həyətin bir hissəsində də tərəvəz və göyərti əkdi. Bir aydan sonra keçəlin həyəti yamyaşıl idi. O, tərəvəzləri yığıb ona qışda kömək edən qonşulara verdi, özünə də qaldı. Payızda da buğdanı biçib kisələrə doldurdu və birbaşa dəyirmana getdi. Beş kisə un çəkib evinə gətirdi. Keçəl un kisələrinə baxıb dedi:" Mənə sehirli küp lazım deyil, yalnız özümə arxayın olmalıyam."
Bundan sonra keçəl bənnalıq sənətini öyrənməyə başladı və ev, hasar, mal-qara üçün dam-daş tikməyə başladı. İndi keçəl kənddə ən yaxşı bənna idi. Az keçmədi ki, o, özünə də yaraşıqlı və rahat bir ev tikdi.
Bir dəfə axşam çağı evinə qayıdarkən keçəlin ayağına bir şey toxundu. O, əyilib baxdı və yerdə qulpu qırıq köhnə bir küp gördü. Keçəl küpü götürmədi və uzaqdan görünən evinə tərəf getməyə davam etdi.

keloglan-masallari.jpg
https://goo.gl/images/NVgJ8G

Sort:  

Congratulations @taranaq19 ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 420 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Güzel bir yazı omuş anladığım kadarıyla beğendim.

Teşekkür ederim. Çoçuklar için yazdığım masallardan biridir.

Coin Marketplace

STEEM 0.22
TRX 0.20
JST 0.034
BTC 99006.74
ETH 3331.65
USDT 1.00
SBD 3.09