Bizim köyün adamları.

in #steemix6 years ago (edited)

Biz kənd adamlarıyıq. Bir az saf, bir az sadəlövh , bir az ifrat səmimi, bir az da ürkək. Təbiətə o qədər yaxınıq ki, o saxta, həqiqətdən uzaq simaları görə bilmirik. Şəhərdən qonağımız gələndə sevincimizdən uçuruq. Evimizin baş köşəsində otuzdurarıq. Ən gözəl təamları qarşısına düzərik.

IMG-20171109-WA0005.jpg

Əlindəki bahalı telefonuna, qadındısa çantasındakı bəzək - düzək əşyalarına heyran - heyran baxarıq. Şəhər adamı yerindən gec durur, yuxusuna mane olmayaq deyə ayaqlarımızın ucunda gəzərik. O əsrarəngiz qonağımız durana qədər südündən, qaymağından, yumurtasından tutmuş can dərmanı , quş iliyi düzərik qarşısına. Dolabımızdan ən bahalı, ən qıymadığımız qabları çıxararıq. Sevinə- sevinə şahanə bir süfrə açarıq.
Bəli, biz kənd adamıyıq. Günlərin bir günü yolumuzu şəhərə düşəndə dumana düşmüş qaza dönərik. Yerişimizi itirərik. Avtobusda, metroda duruşumuzu bilmərik, oturuşumuzu bilmərik. Əlimizi hara qoyaq, ayağımızı hara qoyaq, bilmərik. Bəzən o istehzalı baxışlardan buxarlanıb yox olmaq istəyərik. Bir süfrə başında çəngəl, bıçaqla rəftar edə bilmərik, bəzən ac qalxarıq süfrədən.
Beləyik biz. Kənd adamları. Hamıya yetən sevgimiz var.

Sort:  

Əllərinizə sağlıq. Qısa və dəqiq, bir kəlmə ilə doğru olan hər şey gözəldir. Həyatda dəyər verib qarşılığını ala bilməyəcəyimiz o qədər şeylər var ki.... amma bu bizi nə utandırmır nədə usandırmır. Çünki biz olduğumuz kimi oluruz...
Uğurlar...

Təşəkkür edirəm.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68331.57
ETH 2650.11
USDT 1.00
SBD 2.69