Güc bilikdən doğar...

in #steemix6 years ago (edited)

Bismillahir rəhmanir rəhim.

Xeyirli uğurlu, bərəkətli, davamlı olsun.

Steemitin son yeniləməsindən bu yana bir paylaşım etmədim. işlərimin çox olması, steem qiymətinin aşağı olması həmçinin paylaşımlardan alınan mükafatların çox az olması və bu kimi çox əsaslı bəhanələr məni də bir çox steemit yoldaşlarımız kimi burdan ayrı salmışdı.
İlk stemmite gəldiyimdə də yadımdadır bir qrup vardı "Steemit Azərbaycan". Məni ora Elçin İsmayılov (@elchin) dəvət etmişdi. Lakin bu platformun sanki əsasını qoymuş və hər kəsə yorulmadan yardım edən Rəvan Məmmədov (@revan746) qurupa qatılmağımı təklif etdi. ilk salam və bu günə qədər sürən bir dostluq, qardaşlıq başladı. Hər mükafat sevincimizi bölüşərdik və ağılımızda formalaşdırdığımız bir çox proyektlər oldu. "Bot-az kurasion kuyruğu" yarandığı gündən bu yana az tağında yazan hər kəsə 5%-100% səs verərək öz dəstəyini göstərir. Bu son günlərdə bizə verilən ən böyük dəstək idi.
Paylaşımların kəsildiyi bu müddət ərzində bir şeyi anladım, qazanmaq və itirmək öz əlimizdədir. həm pulu həmdə ondan daha dəyərli bizə daima çox şey qazandıra biləcək dostları.
Türk qardaşlarımızdan bizə daima verilən dəstəyi unutmaq olmaz. Utopian bildiyimiz qədəri ilə ən çox mükafat verən bir platforumdur. @yasujizr, @realinfo və baranprincal və adlarını saymadığım sevimli türk qardaşlarımızın çox böyük bilgi dəstəyi olmuşdur.

Dünən @revan746 mənə yeni bir gözəl müjdə verdi. Artıq bizimdə bir steemitimiz var. "Steemix.net"

Təbriklər təbriklər..... Azərbaycanlılar və Türk qardaşlarımızın birliyi ilə bu iki bayrağın daima ucalarada dalğalandıracağı xəyallarımda canlandı.

DAİMA BAŞARILAR ARKADAŞLAR!!!

WhatsApp Image 2018-11-04 at 21.57.25.jpeg

Sizi bu bəlkədə o qədər maraqlı olmayan yazımla yorduğum üçün üzr istəyirəm. daima sağlam, doğru və bərkətli bir həyat arzulayiram

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65355.38
ETH 2656.67
USDT 1.00
SBD 2.87