Let's Start to write The First HTML codes. Headings and Paragraphs ! (avaiable in azerbaijan turkish)

in #steemix7 years ago

Salam , dostlar . Bugünkü dərsimizdə HTML5 'in əsas təməlləri olan heading və paragraph 'lardan danışacağıq , eləcə də , ilk HTML səhifəmizi Chrome browser 'imizdə yaradacağıq , browser kimi siz , təbii ki , fərqli brower də istifadə edə bilərsiniz(FireFox , Opera , İnternet Explorer və.s ) , mən bu dərsdə Chrome istifadə edəcəyəm . Hamıya uğurlar .

İlk HTML səhifəsini Browser 'də necə açmaq ?

İlk öncə , sublime text 'i açırsınız və öncəki dərsdə qurduğumuz HTML strukturunun kodlarını yazırsınız :

3.png

Bundan sonra isə , FILE hissədən SAVE AS 'ı seçirsiniz və FILE 'ı Save edirsiniz . Onu da qed edim ki , siz FILE 'a istədiyiniz adı verə bilərsiniz , lakin FILE 'ın adından sonra mütləq " .html " bitiş hissəciyini mütləq qeyd etməlisiniz :

6.png

7.png

Screenshot_10.png

Bütün bunlardan sonra isə Save As etdiyimiz index.html File'ımızı Chrome Browser 'imizdə açırıq . Bunun üçün ilk öncə File'ımızı tapırıq , sonra isə açırıq :

Screenshot_12.png

File 'ımızı Chrome Browser 'ində açdıqdan sonra boş bir HTML Web səhifəsi görəcəyik . Artıq biz bu səhifəyə yazılar yazmağa , effektlər verməyə başlaya bilərik :

Screenshot_14.png

Və budur . Səhifəmiz artıq hazırdır . İndi bu səhifəmizə Heading , Paragraph və.s şeylər əlavə edə bilərik .

HTML 'də Heading və Paragraph nədir və necə onları yazmaq olar ?

Dostlar , heading yazmazdan əvvəl heading nədir ilk öncə , ona baxaq . Heading adından da göründüyü kimi başlıq mənasını bildirir , yəni səhifənin başlığı və heading 1 'dən 6 'ya qədər ölçülər ala bilər (h1 , h2 , h3 , h4 , h5 , h6) və ən böyük ölçü h1 'dir . Paragraph isə səhifədə gördüyünüz normal ölçüdə hərflərlə yazılır . İndi isə bayaq yaratdığımız və Chrome Browser 'imizdə açdığımız HTML səhifəmizə 6 fərqli ölçüdə heading və bir ədəd də paragraph yazacağıq . Getdik :

Kodumuz :

Screenshot_15.png

Və nəticə :

Screenshot_17.png

Qeyd :

Dostlar , bu nəticəni almaq üçün mən ilk öncə , Sublime Text 'də kodlarımızı yazdım , sonra isə onu Save As etdim və bayaqkı boş HTML səhifəmi REFRESH etdim . Kodlardan da gördüyünüz kimi Heading və Padding hər ikisi açılış( h1 , p ) və bağlanış ( /h1 , /p )tag 'larına malikdir .Artıq ilk HTML səhifəmizi yaratdıq və ona 6 fərqli Heading və 1 ədəd Paragraph əlavə etdik . Bu günlük bu qədər , dostlar . Ümidvaram ki , artıq ilk səhifə haqqında tam anlayışınız oldu və düşünürəm ki , ən çətin mərhələ məhz indiyə qədər öyrəndiklərimiz idi , çünki artıq biz ilk səhifəmizə sahibik , bu səhifə online olmasa da , siz artıq kodlarınızı rahatlıqla Chrome , və ya başqa browser 'də çalışdıra bilirsiniz . Bundan sonra sizə məsləhət görərdim ki , youtube , udemy və w3schools.com ilə öyrənəsiniz . Bundan sonra mən HTML 'də olan qarışıq , çətin bölmələrə aid yazılar paylaşıb , onları izah etməyə çalışacağam . Hər birinizə uğurlar arzu edirəm ...

Link to HTML section on w3schools.com : >>>

Sort:  

eline sağlık kardeşim güzel gidiyorsun ;)

Teşekkürler , Abi ! Destek olduğunuz için teşekkürler ! :)

Congratulations @cameron99 ! You received a 35% upvote from @kryptoniabot & @kryptonia for your task of 40 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

Coin Marketplace

STEEM 0.10
TRX 0.32
JST 0.033
BTC 111302.25
ETH 4040.90
USDT 1.00
SBD 0.61