Steemit Azerbaijan Birliyimiz necə yarandı.

in #steemitazerbaijan3 years ago

Steemit Azərbaycan.jpg

Steemit Azərbaycan fikri ilə yola çıxdığımızdan bəri əsas məqsədimiz 2008 ci ildən ilk texnologiyasını yaratmış blockhain toxnologiyaları ilə dünyada baş verən iqtisadi imkanlardan yararlanmaqdır. Gündəlik həyatımız fikirlərimizin bizi yönəltdiyi məşğuliyyətlərimizlə keçir və bu bir enerji itkisidir. Nə qədər gec olsa da adını yeni qoyaraq blockhain texnologiyalarının imkanlarından yararlanmağın vaxtıdır deyə düşünürəm. Gəlin biraz blockhain üzərindən qurulan ilk sosial şəbəkə Steemit haqqında öyrənək.
Steemit İnc. Ned Scott və Dan Larimer tərəfindən 2016-cı ilin Yanvar ayında sosyal medya ve blockchain şirkəti kimi qurulmuşdur. İlk öncə Blockchain'də mikro sığortaya ve birçox başqa fikrlərə baxsalarda, Lakin sonunda bir kripto valyuta ətrafında yararlanılacak ən yararlı və güclü şeyin bir cəmiyyət olduğu fikrinə düşdülər. Sığorta və qarşılıqlı yardımlaşma haqqında fikirlərdən Steem adlı bir valyuta formalaşdırdılar. Əslində çox maraqlı bir fikir formalaşdırmışdılar. Ned bu fikirdə idi ki, insanlar öz problemlərini həll etmək üçün mübarizə aparırlarsa və ya köməyə ehtiyacları varsa, bir birlərinə kömək edə biləcəkləri bir cəmiyyət formalaşdırmaq olar. Steemit ən qısa zamanda daha geniş bir cəmiyyətə çevrildi və fərdlərin Steemit tərəfindən öz bacarıqları ilə yazdıqları məqalələrdən, yayımladıqları dizayn, mətbəx, müsiqi və bir çox sahələrdə fikir və iş paylaşımlarından və bu paylaşımlara səs verməsindən mükafatlandırıldığı bir yer olaraq dünyanın hər yerində tanınmağa başladı. Deyəcəksiniz ki, bu necə olur, insanlar bir məzmun paylaşımı edir və qarşılığında pul qazanır? Bəs bu pulun qaynağı hardandır? Mənə də çox maraqlı idi ilk başlarda, başa düşməyə çalışırdım. Bəzən dəli kimi gülürdüm ki bu nədir necə formalaşır?. Yazı sistemdə pula çevrilir. Bu texnologiyanı öyrəndikcə maraqlı gəlir insana. Steem Blockchainə xas olan rəqəmsal varlıqlar olaraq ifadə edə biləcəyimiz Smart Media Tokens (SMT) sayəsində məzmununu pula çevirə bilən bir tokendir (jetondur). SMT-ləri Ethereum Blockchaində ERC20 tokenləri ilə müqayisə edə bilərik. Lakin SMT-lər Ağıl Sübutu (PoB) adlı fərqli bir alqoritmə əsasən işləyən texnologiyadır. Həmçinin SMT-lərin rəqəmsal məzmun istehsalçılarının mükafatlandırılmasına imkan verən bir mükafat paylama sistemi də mövcuddur.

Steemit Azərbaycan2.jpg

Bir müddət sonra dünyanın bir çox ölkələrində Steemit toplululuqları yaranmağa başladı. Bizə hər sahədə olduğu kimi burda da türk dostlarımızın çox dəstəyi oldu. Mən bu xeyirxah fikirlərdən doğan topluluqla 2018 ci ildə tanış olmağa başladım. Bizim sayı 10 aşmayan qrupumuz yaranmışdı. @revan746 bu topluluğun faydalarını hər kəsdən qabaq diqqətə almış və o zamanlar whatsapp üzərindən Steemit Azərbaycan adlı qrup yaratmışdı. Çox fəal bir qrup idi. Sonralar Bitcoin bazarının biraz geriçəkilməsi digər kriptovalyutalara da öz təsirini göstərdi və bu sahədə insanların əldə etdiyi gəlirlərin miqdarı azalmağa başladığından insanlar bu topluluqla əlaqələri azaltmağa başladılar. Lakin zaman keçdikcə bu texnologiyadan doğan alqoritmalarla yeni bağımsız ekosistemlər yaranmağa başladı. Biz yenidən Steemit topluluğunun bizə verəcəyi faydaları nəzərə alaraq şəbəkə üzərində “STEEMİT AZERBAİJAN” adlı birliyimizi yaratmaq qərarına gəldik. Gəlin birlikdə həm fikirlərimizi, bildiklərimizi bir birimizlə paylaşaq həm də bu fikirlərdən yaranan yazılarımızın hər hərifinin bizə verdiyi faydadan faydalanaq. Sənin sözlərin sənin qazancındır. Onu yazıya çevirdiyin andan hər bir hərf sənə mükafat qazandıracaq.

İndi fikir sənindir...

Coin Marketplace

STEEM 0.26
TRX 0.11
JST 0.033
BTC 64498.18
ETH 3079.08
USDT 1.00
SBD 3.86