salam, Steemit Azerbaijan ailəsi. xoş gördük

in #steemexclusive3 years ago (edited)

Salam hər kəsə.Mən Sevil Yusifli.
Tələbəyəm 2-ci kurs.Qiyabi təhsil alıram.Bu şəxsi seçimim idi.Abituriyent vaxtları biraz normadan artıq əziyət çəkdiyimjn fərqində idim və bilirdim bunun sonu gəlməyəcək..Biraz zaman aldı qərar verməyim.Nəticədə kodlaşdırma zamanı bütün ixtisasların qiyabisini yazdıq :) İlk il elə də çətin olmadı online idi deyə mənə elə gəlir rahat idi.İndi isə işlər bir az qarışıb.Mənim mərhələli məqsədlərim var.Bu məqsədlərə gedən yolumun başlanğıcı əlbətdə ki,hər hansı bir işə başlayıb tərcübə yığmaq idi.18 yaşımdan əvvəl bir çox yerə cv göndərdim amma nəticəsiz qaldı.Düşündüm ki,hmm nəsə etməliyəm belə olmaz.Dil kursuna yazıldım 3 ay ərzində rus dilini öyrənməyə başladım.Bununla yanaşı evdə gün ərzində 1 saatımı ayırıb kompüter proqramlarını öyrənməyə çalışırdım.Vaxt tamamlandı 18 yaşımı doldurdum.Cv’im əvvələ baxanda gözə xoş gəlirdi.Yenə başladım göndərməyə boş vakansiyalı yerlərə.Dəvət edildim bunlar içindən 2/3 yerə ancaq mən qane olmadım.İş rejimi,əmək haqqı düşündüyüm kimi deyildi bir sözlə.Düşündüm biraz zaman keçsin uyğun iş çıxsa rastıma yenə düşərəm istədiyim bu yola.Təsadüf nəticəsində 1 həftə keçmədən uzun zamandır istədiyim işdən təklif aldım.Heç gözləmədən həmin gün gedib hər şeyi danışdıq.İş rejimi biraz çox idi amma ürəyimcə iş idi deyə qəbul etdim.Uzun sözün qısası ixtisasımı qiyabi seçdiyim üçün özümü çox avantajlı hiss edirəm.Özümə zaman ayıra bilirəm,özümü inkişaf etdirə bilirəm.Bir sözlə hələ ki peşman deyiləm.Lakin,tələbəlik həyatı da gözəldir.Qiyabi də olsaq 10 gün dərsə gedib gəlirik.Maraqlıdır lakin vaxt itkisidir tamami ilə.Bu mənim şəxsi düşüncəmdir çünki,gələcəkdə ixtisasımı davam etdirməyəcəm.

Uploading image #1...

7458FDA6-4011-4F1F-84EC-99FF649291C7.jpeg

Sort:  
Loading...

Uğurlarınız bol olsun✨

təşəkkürlər,sizin də 🥰

Ooo Sevil xoş gəlmisən, səni görmək nə xoş, uğurlar sənə bu yolda🌹

çox sağ ol,Nərgiz 🥰

Xoş gəlmisiniz.

Xoş gördüm ☺️

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62904.98
ETH 3359.08
USDT 1.00
SBD 2.46