UŞAQ YAŞADIĞINI ÖYRƏNƏR

in #steemexclusive3 years ago

Uşaq yaşadığını öyrənər. Əslində bununla bağlı keçmişdən gələn atalar sözlərimiz var. ‘’Uşaq evin güzgüsüdür’’, “Nə əkərsən onu da biçərsən”. Evdə nə görəcəksə və uşağa nə aşılanacaqsa o da onu öyrənəcək. Məsələn bizim cəmiyyətimizdə anası ilə atasını rəqs edən görən uşaq tək tükdür.


link to photos
Ama demək olar ki, hamısı ana atasını mübahisə edən görmüşdür. Bəlkə də ona görə çöldə əl ələ tutan, sarılan, qucaqlaşan insanlar gördükdə bəzilərinə qəbul edilməz gəlir. Amma mübahisə edən cütlüklər görəndə əşi öz məsələləridi deyib uzaq durub keçərlər.
Əgər bir uşaq tez-tez tənqid edilibsə “qınamağı ayıblamağı öyrənər”. Kinli mühitdə böyüyübsə “mübahisə etməyi öyrənər”. Əgər bir uşaq lağa qoyulub, ələ salınıbsa “sıxılıb utancaq olmağı öyrənər”. Uşaq tez-tez utanc hissi yaşayaraq böyüdükübsə “özünü günahlandırmağı öyrənər”. Yaxşı rəftar ilə böyüdülübsə “səbirli olmağı”, dəstəklənib, ürəkləndirilibsə “özünə güvənməyi”, bəyənilibsə “təqdir etməyi”, hörmət edilərək böyüyübsə “ədalətli olmağı” öyrənər. Əgər bir uşaq qəbul və təsdiq alıbsa “ özünü sevməyi”, ailədə dostluq və sevgi görübsə “Bu dübyada xoşbəxt olmağl öyrənər”.
Ən qısa zamanda elə övladlarınızla birlikdə rəqs edin, deyin, gülün, əylənin. Sevginizi paylaşaraq çoxaldın. Özvladlarınızı qucaqlayın , bu onlar üçün su və yemək kimi vacib ehtiyacdır. Bu ehtiyacların zamanında ödənməməsi gələcəkdə onların düzgün münasibətlər qura bilməməsinə gətirib çıxarır. Onlara cüzi sevgi göstərən insana güvənib bağlanır, onunla içindəki boşluğu doldurmuş olur. Ya da bu cür toxunma, sarılma kimi ehtiyacları uşaqlıqda kifayət qədər ödənməyən insanlar yetişkin olanda onlara qarşı hər toxunmanı cinsəl mənada başa düşür və yenə düzgün münasibət qurulmamış olur.
Mərhəmətli və vicdanlı uşaqlar böyüdün. Çünki dünya ancaq bu şəkildə gözəl bir yer ola bilər…

link to photos

Sort:  

Allah heç bir övladı sevgisiz etməsin

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59500.17
ETH 2654.95
USDT 1.00
SBD 2.41