Narsist. Narsistlə baş etmək üçün nə etməliyəm?

in #steemexclusive3 years ago (edited)


link to photos
Bir narsist ona ən yaxın insan olduğunuza baxmayaraq deyil, ona ən yaxın insan olduğunuz üçün sizə pis davranar. Bunun səbəbi onun şüuraltında emosional yaxınlıqdan və münasibətdən hiss etdiyi narahatlıqdır. Sən bu vəziyyəti özünlə bağlı hesab edib və bu qədər ona yaxşı davranmağına baxmayaraq etdiyin qəbahətin nə olduğunu düşünsən daha da dibə batacaqsan.
Narsistlər karizmatik, özgüvənli hətta düşüncəli görünsələr də heç vaxt üzr istəməz. Qarşısındakına vurduğu ziyanı aradan qaldırmağa çalışmaz və səhvlərini qəbul etməzlər.
➡️İnsanlar onun nə qədər mədəni, mehriban olduğunu deyəndə təəccüblənirsənsə
➡️Dostlarınıza və ailənizə onun sizə realda necə davrandığını deməyə utanırsansa
➡️Önəmli mövzuları sizinlə yox başqaları ilə müzakirə edirsə
➡️Onun üçün sizdə yox başqa insanlarda müsbət təəssürat buraxmaq önəmlidirsə
➡️Sizi alçaldır və kiçildirsə, soyuq davranırsa
➡️Təcili hallarda sizin yanınızda olacağından əmin deyilsinizsə
➡️Bütün bunlara baxmayaraq onu tərk erməyinizə imkan vermir ama özü istədiyi zaman çıxıb gedə, istədiyində geri gəlirsə
Bilin ki, tək səhviniz yaxınlığı bacarmayan biri ilə yaxın olmaq istəyinizdir…


link to photos
Narsist şəxsiyyət tipinə malik olanlar insanları alçaldaraq qəzəbini göstərir. Narsistlərə qarşı hisslərini sağlam şəkildə ifadə edə bilmədikcə depressiya, təşviş pozuntusu və ya tükənmişlik sendromu yaşama ehtimalın yüksəkdir. Onunla yaşamağa məcbur deyilsən və əgər qərarın onunla yaşamaqdırsa doğru ünsiyyət qurmağı, onunla baş etməyi öyrənməlisən. Narsistlə baş etmək üçün nə etməliyəm?
-Mübahisəyə girmə. Mübahisədən haqlı çıxmağın çox nadir də olsa baş verə bilər ki, bu zaman da çox güman ki qəzəblənəcək hətta kin saxlayacaq. Bu anda nübahisəyə girməmək üçün susmaq daha karlıdır
-Ətrafdan yaxşı görünmək və şan şöhrət onlar üçün çox önəmlidir. Bəzən hiss və düşüncələrini birbaşa demək yerinə “insanlar belə eləsən nə düşünər” dən yola çıxaraq cavabları özünün tapıb qərar verməsinə səbəb ol.


link to photos
-Ortaq maraqlar yaradın. Eyni məqsədləriniz varsa burda bəxtin gətirdi deməkdir. Çünki narsistlər öz məqsədlərinə çatmaq üçün çox çalışarlar.
-Qəzəbini idarə et. Qəzəbli halda günahlandıraraq danışmaq yerinə “Sən mənim üçün çox dəyərlisən və mənimlə belə davrananda sənin üçün dəyərsiz olduğumu düşünərək pis oluram” kimi onun sənin üçün dəyərli olduğunu vurğulayan bir cümlə qura bilərsən
-Verdiyi sözü deyil, davranışını qiymətləndir. Çünki öz hədəfinə çatmaq üçün tuta bilməyəcəyi sözləri verə bilərlər. Buna görə də sözlərinə etibar etmə.

  • İçinə qapanıb səssiz qalma. Mübahisə əsnasında əgər bir şey demədən səssizliyə çəkilsən, geri çəkildiyini görüb daha da qəzəblə reaksiya verəcək, sənin səssizliyini anlamayacaq əksinə fürsət bilib tənqidlərin dozunu artıracaq. “ Hal-hazırda məni alçaltdığını hiss edirəm, deyəsən artıq sənin gözündə dəyərli deyiləm” kimi cümlə ilə hisslərinizi ifadə edə bilərsən
  • Vəziyyəti qəbul et və özüvə dürüst ol. Onu dəyişdirə bilməzsən. Hətta o istəsə belə dəyişməyi çətindir. Hislərini, nələr yaşadığıvı dilə gətirdikdə səni anlamırsa çox güman ki, heç bir zaman anlamayacaq. Bütün bunlara baxmayaraq yanında qalmağa davam edirsənsə, hər dəfəsində düzələcəyi ümidlə yanaşıb sonrasında xəyal qırıqlığını yaşama. Gözləntilərivi aşağı sal. Özünə olan dəyəri və özgüvəni itirmə.
Sort:  

Çox maraqlı idi. Təşəkkürlər 👍

Oxuduğunuz üçün təşəkkürlər☺️

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59529.60
ETH 2657.58
USDT 1.00
SBD 2.41