Gözəgörünməz döyüşçü!

in #steemexclusive3 years ago

2020-ci ildə fərqli festivallardan diplom almışam.Biri kitabın qısa treyleri (kitabın 3 dəqiqəlik video görüntüsü) digəri Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr etdiyim reklam videosudur.Söhbət film və festivaldan gedirsə sual yaranır niyə bu postu "Gözəgörünməz döyüşçü" başlığı ilə yazmışam.İzah edim.Hər bir yardıcı insanın ideyaları olur.Yaratmaq istədiyi işlərini reallaşdıra bilməyəndə həmin insan artıq gözəgörünməz sıradan bir insan olur.Çoxları kimi STANDART.Mən də hər kəs kimi standart yaşayıram ancaq mübarizə aparmağı sevirəm.Düşündüyüm və etmək istədiyim fərqli işlər var.İnanıram ki,az qismi olsada onları reallaşdıra biləcəm.

IMG_20210713_035016.jpg

Bəzən özümü əlində qılıncı,dəbilqəli bir döyüşçü kimi hiss edirəm.Gülməli olsada bu reallıqdır.

IMG_20210713_040724.jpg

Keçim əsas məsələyə.Bir gün bir tanışım dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bir festivalın olmasını və mənim orda iştirak etməyimi istədi.Əvvəl nəsə çəkmək istəmədim çünki festivallarda haqsızlıqlar olur.Sonra döyüşmək lazımdır deyən içimdəki o qüvvə işə düşdü.İdeyalarımı işə saldım.Burda əsas məsələ əlimdə olan və imkanlarım çərçivəsində bir video reallaşdıra bilməyim idi.Dost tanışların məkanlarndan istifadə edərək pul xərcləmədən nə edəcəyimi artıq qərar verişdim.
IMG_20210713_034958.jpg

IMG_20210713_034942.jpg

Həmişə olduğu kimi həm çəkilişi həmdə montajı özüm etdim.İnanmadığım bir festivalda ikinci yerə layiq görüldüm.Məsələ kiməsə qulaq asmaq deyil.Məsələ özünə gvənmək və qaliblər sırasında olmayacağını bilsən belə yenədə irəliyə doğru getməkdir.Sonda itirəcəyim heçnə yoxdur.Həyat qorxmadan addımlayan və riskə gedən insanları sevir.

IMG_20210713_035029.jpg

Sonda videonu izləməniz üçün bura yerləşdirdim.Ümid edirəm ki, xoşunuza gələcək.
Hörmətlə Kərim Rəhimov.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59367.33
ETH 3172.01
USDT 1.00
SBD 2.43