Gülmək

in #steemexclusive3 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

images (7).jpegphoto
Hər zaman yaraşır insana gülmək, hardansa eşitmişəm bu sözü, ancaq əvvəli yadımda deyil. Eşitdiyimə görə gülmək insanın ömrünü uzadır. Rəhmətlik Arif Quliyev deyirdi ki, gülməyin bir neçə növü var. Doğurdan da elədir. Psixoloqların dediyinə görə insanlar çox vaxt ünsiyyət yaratmaq üçün gülürlər. Tez-tez gülmək də yaxşı deyil. İnsanlar həm gülməli, həm sevinməli, həm ağlamalı, həm də kədərlənməlidir. Bizim bir liderimiz var idi, deyərdi ki, həmişə gülərüz olun. Bir nəfər var idi, gülməknən arası yox idi. Liderimiz ona deyirdi ki, qələmi götür qoy qişlərinin arasına və yavaşca qələmi götür və o vəziyyətdə qal. Gülmək yaxşı şeydir, ancaq gərək yerində güləşən. Boşuna gülən adama el arasında, "çöpə gülən" deyirlər.

images (8).jpegphoto
İnsanın gözləri, şüuru, urəyi də gülə bilir. Gülmək insanda xoş əhval-ruhiyyə yaradır. Gülmək insana müsbət təsir edir. Ən gözəl, ən yaxşı, insana ən çox müsbət enerji verən körpələrin gülüşüdür. Körpələr qəhqəhə çəkəndə ətrafda olanların hər birinə çox yaxşı təsir edir. Hər bir insanın özünəməxsus gülüşü var. Bəziləri elə bərkdən gülür ki, ətrafdakılar onun gülüşündən mənfi enerji alır. Əslində gülmək müsbət enerjidir, lakin şitini çıxaranda ətrafdakılara pis təsir edir. Yalandan gülənlər də var. Gülüş, gülüş gətirir. Bir də görürsən yanındakı uğunüb gedir, sən də ona baxıb gülməyə başlayırsan. Gülmək haqqında yazmaq birdən ağlıma gəldi. Heyvanlar da gülürlər. İt, at, pişik də gülür, lakin onların gülüşü tam başqa cür olur. Heyvanlar yiyəsi ilə oynayarkən və ya özünü sevdirmək məqsədilə gülürlər. Gülmək hər kəsə, hətta heyvanlara da yaraşır.

1329037605_1328215195_cute_baby_photos_05.jpgphoto

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 77191.63
ETH 2961.40
USDT 1.00
SBD 2.63