Eynək əhvalatı

in #steemexclusive2 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

IMG20220204183949.jpg

Bu gördüyünüz eynəyi bir neçə ildir ki, almışam. Deməli, Zaurnan getmişdik "Sədərək ticarət mərkəzi"nə, baliq tutmaq üçün qarmaq almağa. Bir neçə maqazınə baxdıq. Balıq tutmaq üçün bir neçə şey aldıq. Gəlib oturduq maşına, düşdük yola. Bakı, Sumqayıt yolunda maşın xarab oldu. Gördüm ki, tıxac yaranır, maşın da işə düşmür. Elə bu vaxt evakuator gəldi. Dedim ki, tıxac yaranır masını götür. Maşını götürüb yaxınlıqda "prafaktoriya" gətirdik. Maşını orda düşurdüb yaxınlıqdakı çayxanaya çay içməyə getdik. Bu eynək əhvalatı da elə bu çayxanada oldu. Təzə oturmuşuq ki, bir pakistanlı gəldi. Əlində, çantasında müxtəlif şeylər satırdı. Bu var, o var başladı sadalamağa. Maşını xarab olub, mən nə hayda, bu nə hayda. Birdən bu eynək gözümə sataşdı. Dedim ki, neçəyə satırsan bu eynəyi. 17 manata satdığını - dedi. Başımdan eləmək üçün dedim ki, beş m. verərəm. Razılaşmadı. Fikirləşdim ki, indi çıxıb gedər. Elədə oldu. Deyinə, deyinə çıxıb getdi. 5-10 dəq. kecmişdi ki, gördüm ki, gəlir. Dedi ki, heç olmasa 10 m. ver. Bir az keçdi 7 manata duşdu. Gördü ki, mən sözümdən dönmürəm, əlacsız qalıb bu eynəyi beş manata satdı. Düzü satmadı, aldım.

Coin Marketplace

STEEM 0.19
TRX 0.12
JST 0.028
BTC 65348.61
ETH 3557.74
USDT 1.00
SBD 2.45