Yeni ölkə

in #polsa5 years ago

polsa.jpg
Salam, əziz Steemit oxucularım.
Uzun müddətdir sizə yazmıram. Səbəb isə çox sadədir. Yaşadığım ölkəni dəyişdim.
Hal hazırda müvəqqəti olaraq Polşada yaşayıram.
Dilinin, dininin, adət ənənələrinin tamam fərqli olduğu bir ölkəyə adaptasiya olmaq zaman alan bir prosesdir. Üstəlik sən buna təkbaşına sinə gərirsənsə. Doğrudur deyə bilərsiniz ki, internet doludur hər formalı tövsiyə videoları , yazıları ilə. Haqlısınız. Amma onu da etiraf edək ki, haqqında anlayışımız olmayan nəsnə barədə internetdən necə axtarış edək? Bunu bilmək üçün təcrübəmizi işə salmalıyıq.
Hər birinizə uğurlar. Zamanla yeni yazılar yazmağa çalışacam.
Gəzdiyimiz şəhərlər barədə də məlumat xarakterli yazılar olacaq.
Bu köç ərəfəsində kitaba da ara verməli oldum.
Sizinlə olan ünsiyyət mənə çox xoş olsa da zamanla bağlı kiçik problemim var.
İşləri sistemləşdirib sizin görüşünüzə daha tez tez gəlməyə çalışacam. )
Uğurlar , hər birinizə.

Coin Marketplace

STEEM 0.29
TRX 0.11
JST 0.033
BTC 63458.69
ETH 3084.37
USDT 1.00
SBD 3.99