Önyarğılı davranmaq.

in #kryptonia5 years ago

Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur.


image

Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Hətta mən özüm də bəzən insanlar haqqında önyarğılı davranıram. Amma bunun yaxşı bir şey olmadığını çox yaxşı bilirəm. Buna görə də önyarğılı olmamağa çalışıram. Siz də önyarğılarınızdan qurtulun və yeni dostluqlara yol açın! Önyarğının pis bir şey olduğunu sizə belə başa salacağam. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz. İndi də önyarğılı davranaraq bəlkə də gələcək dostunuzu itirirsiniz. Həm məsələ sadəcə dostluqda deyil. Sadəcə insanların xarici görünüşünə görə önyarğılı davranmamalısınız və ona bir şans verməlisiniz. Sizdə önyarğılarınızdan qurtulun.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/08/onyargili-davranmaq
Sort:  

Qürur qapıdan girəndə, sevgi pəncərədən qaçar.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 62922.70
ETH 2543.02
USDT 1.00
SBD 2.83