Gələcək nə zaman gələcək?

in #kryptonia5 years ago

Bildiyiniz kimi texnika günü-gündən inkişaf edir. Yaxın keçmişlə indiki dövrü müqayisə etsək arada necə böyük fərq olduğunu görərik. Təxminən iki min doqquz ilə iki min on doqquz arasında uçurum qədər fərq var. Məsələn iki min doqquzda bir çox şey hələ kəşf olunmamışdı. Bu da göstərir ki, indi kəşf olunmamış şeylər bəlkə də on il sonra kəşf olunacaq. Mənim fikrimcə gələcəkdə texnika sürətlə inkişaf etdiyi üçün bir çox xəstəliyin də çarəsi tapılacaq. Amma bilirəm ki, teknikanın sürətlə inkişafının insanlara bir çox zərəri də olacaq. Məsələn bu zəfərlərdən birinə nümunə olaraq tənbəlliyi nümunə göstərmək olar.


image


Texnika inkişaf etdiyi üçün insanlar öz işlərini özləri görməyəcək. İnsanların hər işlərini robotlar filan edəcək. Amma öz yaxşılığınız və sağlamlığınız üçün texnika nə qədər inkişaf etsə də tənbəllik etməyin və öz işinizi özünüz görün. İnanın ki, bu sizin yararınızadır. Belə bir atalar sözü də var ki, "İş insanın cövhəridir.".



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/09/g%c9%99l%c9%99c%c9%99k-n%c9%99-zaman-g%c9%99l%c9%99c%c9%99k

Coin Marketplace

STEEM 0.20
TRX 0.15
JST 0.030
BTC 65353.52
ETH 2654.64
USDT 1.00
SBD 2.84