Ana müqəddəsdir.

in #kryptonia5 years ago

Ana müqəddəsdir
Ana ALLAHIN bizə bəxş etdiyi bir mələkdir. Analar bizi hər pislikdən qoruyar, bizim yaxşılığımız üçün, bizi böyütmək üçün öz ömrünü fəda edər. Nə zaman çətinə düşsək hər zaman yanınızda anamız olar. Düzdür, uşağını dünyaya gətirib çölə atan ya da uşaqlar evinə atanlar da var.

Amma onlar ana deyil. Hər uşaq dünyaya gətirəni ana adlandırmaq olmaz. Ana odur ki, uşağının əziyətini çəkir, onu böyüdüb boya-başa çatdırır. ALLAH hər kəsin anasını qorusun. Anasız bir günümüz belə keçməsin. Məhəmməd peyğəmbərin belə bir kəlamı da var ki, "Cənnət anaların ayaqlarının altındadır". Biz də çalışaq ki, analarımıza layiq övlad olaq. Düzdür, nə qədər çalışsaq da analarımızın zəhmətini, əziyyətini qaytara bilmərik. Amma ən azından analarını evdən qovan və yaxud da yaşlananda qocalar evinə atan nankör övladlardan olmayaq. Çalışdığımız qədər ağıllı olaq. Anamızın başını uca edək. Analarımızı qürurlandıraq
Bunu da unutmayın ki, nə etsəniz qarşınıza çıxacaq!



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/09/ana-muq%c9%99dd%c9%99sdir

Coin Marketplace

STEEM 0.31
TRX 0.12
JST 0.033
BTC 64485.37
ETH 3156.53
USDT 1.00
SBD 4.05