Kriptovalyuta nədir

in #kriptovalyuta7 years ago

Kriptovalyuta nədir?

Son günlərin dəbi – kriptovalyuta. Çoxlarının adını eşitdiyi, ancaq mahiyyətindən xəbərdar olmadığı bu mövzunu açıqlamağa çalışacam. Lakin dediklərimi daha anlaşılan etmək üçün əvvəlcə pulun tarixi barədə qısa məlumatlar verəcəm.

Tarixdə İlk pul necə yarandı?! Qədimdə insanlar arasında natural təsərrüfat hökm sürürdü. Bu elə bir iqtisadi quruluş idi ki, hər kəs özünə lazım olanı özü istehsal edirdi. Getdikcə əhalinin bir qismi sənətkarlıq məhsullarının hazırlanmasına, bir qismi də kənd təsərrüfatına daha çox vaxt ayırmağa başladı. Bu təbəqələşmənin nəticəsi olaraq sənətkarlıq kənd təsərrüfatından ayrıldı. Sənətkarlar kənd təsərrüfatında istifadə olunan əşyalar hazırlamaqla kəndlilərin işini asanlaşdırdı. Bundan sonra sənətkarlar ac qalmamaq üçün hazırladığı məhsulu kəndli ilə müəyyən qida məhsulları ilə kəndlilər də öz növbəsində işini sürətləndirmək üçün torpaqdan götürdüyü məhsulu sənətkarlıq alətləri ilə dəyişməyə başladı. Ancaq bu ticarətdə dəyər problemi var idi. Əgər sənətkarın meyvəyə ehtiyacı var idisə, öz məhsulunu heç cür taxıla dəyişmək istəmirdi. Kəndli də meyvə əkməmişdisə, istədiyi aləti sənətkardan ala bilmirdi. Ona görə pula ehtiyac yarandı və pulun insanların həyatına daxil olması ilə çox şey dəyişdi.

Amma hələ indi istifadə etdiyimiz kağız pullar yox idi. İnsanlar pul kimi qızıldan istifadə edirdilər. Çox keçmədi ki, qızıl da bir sıra problemlər yaratmağa başladı. Bu vəziyyətdə banklar yarandı və cəmiyyəti inandıra bildilər ki, onlar insanların qızıllarının qoruyucusu ola bilər. Beləliklə bu gün istifadə etdiyimiz kağız pullar dövriyyəyə girdi. Sonra kapitalist münasibətlər yarandı və hər dövlət özünəməxsus pul siyasəti yürütdü.

Günümüzədək gəlib çatan bu sistem uzun zaman aktuallığını qorudu. Kağız pullar elektron pullarla da əvəz olundu və elektron valyuta adını aldı. Ancaq artıq elektron valyutaları da əvəz edən termin var – kriptovalyuta. İndi isə kriptovalyutanın nə olduğu, necə yarandığı haqda danışmaq olar.

Kriptovalyutalar müəyyən riyazi məsələlərin həll olunması ilə əldə olunan valyutadır. Həmin məsələlərdə kriptoqrafik alqoritmdən istifadə olunduğu üçün əldə olunan valyuta da kriptovalyuta adlanır. Təsəvvür edin ki, sizə bir məsələ verilir, həllini tapacağınız halda mükafat vəd olunur. Siz də məsələni həll edirsiniz və mükafatınızı alırsınız. Sonra digər məsələyə keçirsiniz. Sizin kimi adamların sayı artdıqca vaxt məsələsi problemə çevrilir. Hansısa məsələnin həllini fikirləşdiyiniz vaxt başqası onun həllini tapır və mükafatı götürür. Bu işə girişənlərin sayı çoxaldıqca çətinlik də artır. Buna görə siz öz işinizi kompüterlərə həvalə edirsiniz. Kompüterlər arasında isə hesablama gücü böyük olan daha çox mükafat qazanır. Bu proses mayninq (ing. mining – mədənçilik) adlanır. Mükafat isə mayninq zamanı kriptoqrafik məsələlərin həlli ilə əldə olunan valyutadır. Məsələn: bitkoin (bitcoin), eterium (ethereum) və s.

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.027
BTC 63252.28
ETH 3044.03
USDT 1.00
SBD 2.52