Dizi duykuları

Əgər bir axşam özünüzü yalnız hiss edirsinizsə və ya kədərlənməyə azca da olsa ehtiyacınız varsa mükəmməl səhnələşdirilmiş filmlərdən birini açıb baxa bilərsiniz.Düzü, bəzən film seçərkən qərarsız qalırıq, amma mən sizin üçün bir siyahı hazırlamışam. Siyahıda hamısı öz sözünü demiş filmlərdi, amma mən yenə də mənə təsir etdiyi gücünə görə sıralamışam.İzləsəniz, xoş seyirlər.

  1. Forrest Gump. 1994-cü istehsalıdır. Həm dram, həm romantik, həm də bir az komediyadan ibarət şedevr bir filmdir. Film Winston Groom-un eyni adlı romanı əsasında çəkilmişdir.

İMDb xalı 8.8

Bəzi saytlarda izləyicilərin 96% i filmi bəyənmişdir.

Filmin davam etdiyi zaman 2 saat 22 dəqiqədir

  1. Life is beautiful. Tərcümə adı "Həyat gözəldir". 1997-ci il İtalyan istehsalıdır. Film 2-ci dünya müharibəsindən və insanların müharibədə necə yaşamaq və yaşatmaq mübarizəsi verdiyini göstərir.
    İMDb xalı 8.6
    Google məlumatlarına görə izləyicilərin 93% i filmi bəyənib

Filmin davam etdiyi zaman 2 saat 2 dəqiqə

  1. I have loved you so long. Tərcümə adı "Səni elə çox sevdim ki". 2008 -ci il Fransız istehsalı olan bir filmdir. Həmişəki kimi fikir qarışdıran fransız filmlərindən biridir. Filmin dramatikliyi sonda açılıb tökülür. Sona qədər baxmağa səbirli olun.
    İMDb xalı 7.9
    Google istifadəçilərinin 88% i filmi bəyənmişdir

Filmin davam etdiyi zaman 1saat 57 dəqiqə

  1. Birdman. Tərcümə adı "Quş adam". 2014- cü il ABŞ istehsalı olan bir filmdir. Film ilk izlənincə maraqsız görünür. Amma bu filmi diqqətlə və bir neçə dəfə izləməniz gərək olacaq. Film haqqında ona deyə bilərəm ki, qara mizah haqqında məlumatları olan və bu tip şeylərə marağı olan insanlar izləsinlər.
    İMDb xalı 7.8
    İzləyicilərinin 80% nə yaxın bir hissəsi bəyənmişdir.

Filmin davam etdiyi zaman 1 saat 59 dəqiqə

  1. The fault in our stars. Tərcümə adı "Eyni ulduzun altında". 2014- cü il Amerika istehsalı romantik-dram filmidir. Bu film də kitab əsasında çəkilmişdir. Con Qrinin eyni adlı əsəri vardır.
    İMDb xalı 7.8
    İzləyicilərinin 95% i bəyənmişdir.

Filmin davam etdiyi zaman 2 saat 13 dəqiqə

  1. Fight club. Tərcümə adı "Döyüşçü klubu". 1999- cu il Amerika istehsalı filmdir. Həmçinin bu fil də eyni adlı kitabı əsasında çəkilmişdir. Çak Palanik "Döyüşçü klubu".
    İMDb xalı 8.8
    İzləyicilərinin 93% i filmi bəyənmişdir

Filmin davam etdiyi zaman 2 saat 31 dəqiqə

  1. A lot like love. Tərcümə adı "Eşq kimi bir şey". 2005 -ci il Amerika istehsalıdır. Filmin mövzusu bəsit olsa da səhnələrin düzgün quruluşu və təsiri çox gözəldir.
    İMDb xalı 6.6
    İzləyicilərinin 90% i filmi bəyənir

Filmin davam etdiyi zaman 1 saat 47 dəqiqə

  1. The reader. Tərcümə adı"Qiraətçi". 2008 -ci il Amerika istehsalı bir filmdir. Film Bernard Şlinkin "Qiraətçi" romanı əsasında çəkilmişdir.
    İMDb xalı 7.6
    Google istifadəçilərinin 88% i bu filmi bəyənib

Davam etdiyi zaman 2 saat 4 dəqiqə

  1. 12 years a slave. Tərcümə adı "12 illik əsarət". 2013 -cü il Amerika istehsalı, dramla yanaşı tarixi film səciyyəsi də daşıyır. Film Oskar mükafatı da almışdır.
    İMDb xalı 8.1
    Google istifadəçilərinin 90% i bu filmi bəyənib

Filmin davam etdiyi zaman 2 saat 14 dəqiqə

  1. The notebook. Tərcümə adı "Dəftərçə". 2004- cü il Amerika istehsalı filmdir. Film Nikolas Sparksın "Dəftərçə" adlı romanı əsasında hazırlanmışdır. Möhtəşəm eşq mövzusu olan və ən yaxşı dram filmi.
    İMDb xalı 7.9
    Google istifadəçilərinin 91% i bu filmi bəyənib

Filmin davam etdiyi zaman 2 saat 4 dəqiqə

Sort:  

Həyat yoldaşıyam, səni ürəyimin ürəyindən buraxmaqdan salamlayıram, ümid edirəm ki, uğur qazanacaqsınız. steamit.congrats

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 60988.21
ETH 2373.39
USDT 1.00
SBD 2.55