Səhv etmək qorxusu

Futbol topu havada qövs cızaraq burnunun üstünə zərblə dəydi. Ona elə gəldi ki, eyni filmlərdə olduğu kimi astalaşdırılmış kadrla yerə uçdu. Yer gözünə elə uzaq dəydi ki, o an sanki göyün yeddinci qatından yıxıldığını zənn etdi. Ağrı şiddətli idi. 3 gün gözlərinin içi qan çanağına döndü. Sonra burnunun şişi, gözlərinin qanı çəkildi. Yerində ağrılı bir hissiyyat və azca əyilmiş burnu qaldı. Güzgüdə özünə baxanda gülümsəyirdi. 10 yaşının bu ağrılı xatirəsi illər keçdikcə şirin bir şeyə çevrilirdi. Ona 10 yaşından, o tozlu meydançadan və topun havada necə uçmasından hər sabah üzünə su vurub güzgüyə baxanda ona danışırdı. Bəli, həyat ağrılı bir prosesdi, amma bizim yaddaşımızda o ağrılar qalmır. Biz qorxulu doğuş ağrılarından sonra qucağına aldığı körpə ilə bütün ağrılarını unudan anadan, gecələr yuxusuz qalaraq onu böyüdən bir qadından ağrını və əziyyəti necə xoşbəxtliyə çevirdiyini görə bilərik. Ağrı hər yerdədi, lazımlıdı. Biz sevməsək də, o mövcuddu. Məsələ, onun varlığını qəbul etməkdi. Ondan xeyirli şəkildə istifadə etməkdi.

person-5956897_1920.jpg
image

Ən böyük ağrılarımızdan biri də səhv etməkdi. Bəzən o qədər maksimalist yaşayırıq ki, bunun bizə iki lazımsız hiss yüklədiyindən xəbərsiz oluruq. Birincisi, maksimalizm bizə Tanrılıq hissiyyatı verir. Halbuki səhvsiz bircə Tanrıdı.

poseidon-1621062_1920.jpg
image

İkincisi, səhv etmək qorxusu o qədər böyüyür ki, insan artıq nə isə etməklə, səhv etməməyi qarışdırır. Ona görə səhv etməkdən qorxmamalıyıq. Keçmiş bizə səhvlərimizlə ağrı verməməlidi. Təcrübə bahalı işdir və səhvlərimiz nəticəsində yaranır. Ağrılarımız, səhvlərimiz bizə həyat adlı nəsnəni qazandırır. Həyat bu dadlı gözəllik ağrısız və səhvsiz mümkündürmü?!...

            Ülviyyə Tahir

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59226.71
ETH 2653.91
USDT 1.00
SBD 2.50