Filynn effekti. "Qazanılmış manat"

Elmdə Filynn effekti deyilən proses var.
maxresdefault (1).jpg
photo

İddia olunur ki, insanın həyat şəraiti yaxşılaşdıqca, zəka səviyyəsi artır. Norveçdə alimlər 1979-2000 - ci illərdə insanlar arasında İQ testi keçiriblər. Məlum olub ki, modern dünyanın rahatlığa və təminata qovuşmuş insanı daha tənbəl və nə isə kəşf etməyə meyilli deyil. Bəli, ehtiyac insanı kəşfə və ixtiraya yönəldir. Elə bu düşüncələr içində idim, qarşıma Dubay əmirinin dediyi sözlər çıxdı. Ondan ölkənin gələcəyi barədə soruşublar. O belə cavab veriib "Mənim babam dəvədə gəzirdi, atam da dəvədə gəzib. Mən Mersedesdə, oğlum Lend Roverdə gəzir. Nəvəm də Lend Rover sürür, amma nəticəm dəvədə gəzəcək. Niyəsi ilə maraqlananda o möhtəşəm sözləri deyir: "Ağır zamanlar ağıllı insanlar, rahat dövran isə tənbəl adamlar yetişdirir". Bəli, Hz. Əlinin "Səhra ağacları daha möhkəm olur, hər yetən külək, tufan onları yıxa bilməz" cümləsi necə də öz təsdiqini tapır.

490-254.jpg
photo

Əziyyət çəkmək lazımdı, əziyyəti sevmək lazımdı, çünki mətin insanlar yetişdirir. Öz işini quran biznesmənlə, onun oğlu arasında çox fərq var. Birinci əziyyətinin bəhrəsini yeyir, dəyərini bilir, ikinci isə sadəcə hazıra sahiblənib. Folklorumuzda "Qazanılmış manat" nağılı buna əla misaldı...

Ülviyyə Tahir @ulviyyetahir

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 59226.71
ETH 2653.91
USDT 1.00
SBD 2.50