Ən təhlükəli varlıq-İnsan

in Steemit Türkiye3 years ago

Ən təhlükəli varlıq dedikdə, əksəriyətimizin ağlına şir, ayı kimi vəhşi heyvanlar gəlir.

man-845847_1920.jpg
image

Amma ən təhlükəli varlıq İnsandır.

Təbiətin qanunu budur. Güclü olan zəif olanı öldürür, yeyir. Vəhşi heyvanlar ətlə qidalandıqları üçün, özlərini, balalarını doyurmaq üçün zəif olanları öldürürlər. Amma insanlar tam fərqli səbəblərdən öldürürlər. Biz ətlə də qidalanırıq. Bunun üçün qoyun, toyuq, inək kimi çüxtəlif heyvanları öldürürük. Bu başa düşüləndir. Amma sürtkü yağları hazırlamaq, heyvanların dərisini soyub geyim hazırlamaq, hətta ovçuluq adı altında əyləncə üçün heyvan öldürmək bunlar başa düşülməzdir. Yaxud müxtəlif kosmetika şirkətlərinin heyvanlar üzərində təcrübələr aparması, onların bir yerlərini kəsməsi üzərlərinə yandırıcı maddə tökməsi başa düşülməzdir. Heyvanların bədən quruluşunu daxili orqanlarını öyrənmək üçün kəsilib yarılmaları başa düşülməzdir. Bir insan digərini döydükdə hər kəs ayağa qalxır. "Şiddətə yox" sloganı altında küçələrə çıxır, sosial şəbəkələr də yayır. Amma heyvanların bu cür işkəncələrə qalmasına səssiz qalırlar. Onların da bir canlı olduğunu unudurlar. Maşınla bir iti, pişiyi vurub maşından düşmək gərəyi belə duymadan ötüb keçirlər.

unnamed (2).jpg
kaynak
İnsanların bu qədər vəhşiliklərinə baxmayaraq "insan" sözü yaxşı, tərif mənasında işlədilir. İşkəncələrə məruz qalan günahsız heyvanların adı, "heyvan" sözü isə təhqir mənasında. İnsana kiçik bir xətər yetirmək qadağan olunur, xətər yetiriləndə ağır şəkildə cəzalandırılır. Amma heyvanların bu işkəncələrə məruz qoyanlara kiçik bir pul cəriməsi belə tətbiq olunmur. Sonra isə ədalətdən danışılır. Heyvanlara əşya kimi davranılır. Hətta əşyalara belə daha yaxşı davranılır. Cansız telefon əl üstündə tutulur, necə qorunur. Amma küçədəki heyvanlara kiçik bir sevgini, suyu, çörəyi çox görürlər. İyrənc bir şeymiş kimi davranırlar. Uşaqlar əl vurmaq istədikdə "Əl vurma, pisdi." deyərək gələcəyin heyvan qatilləri yetişdirilir. Heyvanlar döyülüb videoya çəkilib paylaşılır. Buna isə sadəcə az miqdarda pul cəzası verilir. Minlərlə heyvan öz doğma yerlərindən ayrılıb heyvanat bağçalarında qəfəsə salınır. İnsanların görüb əylənməsi üçün, pul qazanmaq üçün...

bomb-6297071_1920.jpg
kaynak
Siz ama o heyvan canilərindən olmayın. Heyvanları sevin. Onlar insanların ən yaxın dostudur, sadiqdir. İnsanlar kimi sizin paxıllığınızı çəkmir, pisliyinizi istəmir, nəyi isə qarşılıqlı etmir, sizdən qarşılıq gözləmir. Sizə təmənnasız yoldaşlıq edir. Ev heyvanı olan insanların psixologiyası daha yaxşı olur. Psixologiyası pozulan insanlara heyvan sahiblənmələri məsləhət görülür. Çünki heç kimin onları sevmədiyi, anlamadığı bir dünyada onları təmənnasız sevən, üzüləndə üzülən, sevinəndə sevinən birinin olması onları rahatladır, psixologiyalarını yaxşılaşdırır, müalicəni daha tez və daha effektiv edir.
Me.-yan-nlar--780x405.jpg
kaynak

Heyvanlara qarşı edilən zorakılıq gördükdə susmayın və heyvanları sevin, təbiəti sevin, ən vəhşi varlıq insan olmamalıdır.

İzlədiyiniz üçün, oxuğunuz və fikir bildirdiyiniz üçün öncədən təşəkkürlər.

Sort:  

Dünyanın güzelleşmesi insan eliyle olduğu gibi, kötüleşmeside bizim elimizdedir.Daha merahmetli olmalı hayvanlara karşı, onlarda canlı, onlarıda cenabı allahı yarattı. Onlara eziyet etmek kötü davranmakla elimize birşey geçmez, ama sevgi verisin insandan daha sadık dostunuz olur. paylaşım için teşekkürler .

Böyle bir deyim var, "Yer gezegeni en iyi gezegendir, amma insan olmasa"

:)) güzel bir deyim miş :))

 3 years ago 

Hayvana sevmeyen kişiler insanlarıda sevemez sözüne katılıyorum. Hayvanlarıda, insanlarıda Rabbim korusun. Herkesin gönlüne merhamet versin. Emeğinize sağlık

Təşəkkürlər.

bəli insan agillidi ama vehşiliye qalanda insan çox vəhşilikler edir

here ozunediye qardas ancag ozunu ve ailesini fikirlesir kime ziyan gelir gelsin

 3 years ago 

Heyvanlar döyülüb videoya çəkilib paylaşılır.

İçim sızlıyor. Aklım almıyor. İnsanların bir cana zarar vermrsini ki hayvanlar gibi savunmasız canlara zarar vermelerine. Rabbim yureklerine merhamet versin.

 3 years ago 

Farkındalık uyandırmak adına güzel bir yazı yazmışsın. Ellerine sağlık:)

Təşəkkürlər.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56775.06
ETH 2345.64
USDT 1.00
SBD 2.36