Kor, kar və lal. Geri düşüncəli insanlar

in Steemit Türkiye3 years ago

Keçmiş, geri düşüncəli insanlar günümüzdə çoxdur. Durmadan indiki dövrü keçmişlə, uşaqlarını isə öz uşaqlıqları ilə müqayisə edirlər. Sanki indi də hər şey keçmişdəki kimi olmalı imiş kimi davranırlar və belə düşünürlər.

man-156786.png
image

Unudurlar ki, bütün insanlar elə düşünsə idi, heç inkişaf olmasa idi, hamı keçmişlə yaşasa idi indi biz hələ də daş dövrünü yaşayırdıq. Zaman gedir, hər şey dəyişir, heç nə olduğu kimi qalmır. Tez-tez "Bizim dövrümüzdə belə deyildi." deyirlər. Amma indi sizin dövrünüz deyil, bizim dövrümüzdür və bizim dövrümüz belədir. Siz keçmiş dövrün uşaqları idiniz, bizim müasir dövrün uşaqlarıyıq və siz elə yaşamısınız deyə, biz də sizin dövrünüzdəki kimi yaşamağa məcbur deyilik. Hz. Əlinin də belə bir kəlamı var: "Uşaqlarınızı öz zamanınıza görə deyil, onların yaşayacaqları zamana görə yetişdirin." Amma bir çox valideynlər bunu başa düşmürlər. Hər şeyin onların zamanındakı kimi olmalı olduqlarını düşünürlər. Uşaqları da onların zamanını yaşasın, nəvələri də, nıticələri də və insanlıq bir addım belə qabağa gedə bilməsin, onların dövründə donub qalsın.

jesus-2152706.png
image

Zaman keçib, bir çox şey dəyişib, yeni ixtiralar çıxıb, amma insanların əksəriyyətinin düşüncəsi hələ də dəyişməyib, keçmişdə qalıb. Bu insanlar dövrə uyğun yaşayan insanları da tənqid hədəfinə çevirməkdən də qəti şəkildə qaçınmır. Hər kəsin onlar kimi düşünməsini istəyir.

İnsanları qınaq obyektinə çevirirlər. Çalışın dövrünüzə ayaq uydurun. Keçmiş düşüncəli insanlardan olmayın. Ətrafınızdakı bu düşüncəli insanların isə sizi qınamasına əhəmiyyət verməyin.
Əksinə siz onları qınadıqları üçün qınayın.

İzlədiyiniz üçün öncədən təşəkkür @revan746

Sort:  
 3 years ago 

Ellerine sağlık revan kardeş 😀 geleceğe emin adımlarla ilerlemek isteyen herkes senin gibi düşünür. 👏

o zaman düzgün yoldayıs

 3 years ago 

👏

merhaba;

Steemitte aktif olduğun için teşekkür ederiz.

Bu gönderi Steemit-Türkiyenin Kuratörlüğünü yapan -steemcurator06 tarafından oy verildi..png

Ben teşekkür ederim. Var olun.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62416.00
ETH 2447.19
USDT 1.00
SBD 2.62