Ölüb azalmır adam, azalıb ölür

məndən ötrü oxunulası 100 kitabdan biridir
Tolstoy - Kroyçer (Kreyser) sonatası (1889)

******
evlilik şablonu, sevgidən nifrətə...
incil
dən cümləylə başlayır: qadına şəhvətlə baxan kişi, onunla sevişməsə də, zina etmiş sayılır...
(matta, bab v.28)
Tolstoy deyir ki, görünüşcə seçici kişidir, fəqət əslində, qadın seçir, qadın çağırır və kişini qula çevirir.
qatarda başlayan hekayənin qəhrəmanı arvadının onu bir musiqiçiylə aldatdığını fikirləşmiş, sonra da bu şübhəylə onu öldürmüş, fəqət həbsdən sonra, əslində, arvadının xəyanət etmədiyini öyrənmiş Pozdnişevdir.
Tolstoy romanın adını Bethovenin eyni adlı (Bethoven bu əsərini skripac Rodolf Kroyçerə həsr etmiş) əsərindən götürmüş və onun fikrincə, musiqi ruha, bədənə təsir edir, xəyanətə, şəhvətə sürükləyir: Kroyçer sonatası bir məclisdə, ifa olunsa, aləm dəyər biri-birinə.
evlilik sevgini öldürürmü?
seks sevgini adiləşdirirmi?
seks evlilikdə vərdiş, sevgidə ibadətdir.
və uşaqlar...
ola bilər, müəllifin fikirləriylə razılaşmayasınız, fəqət əminəm ki, çox şey sizin üçün aydın olacaq.
kitabı oxumağa həvəsiniz, vaxtınız olmaz, heç olmasa, nəğməsini dinləyin, (aşağıda)
(roman əsasında filmlər çəkilb, ancaq bəyənmədim)
**

189337391_1389635698073652_3921883739494915780_n.jpg

tırtıl üçün ömür bitir: tırtıl ölür, fəqət kəpənək uçur.
kəpənək uçur, çiçəklənir...
tırtıl kəpənəyi bilməz, kəpənək tırtılı...
güllə öldürür, fəqət güllə öldürəndə doğulur.
güllə öləni bilməz, ölən olanı...
kimin tırtılı, kimin kəpənəyi
tırtıl kimdi, kəpənək kim,

187660775_1384677338569488_2343379294495802179_n.jpg

Kino çıxarmaq

*əlbəttə, yerin üstündə, göyün altında mütləq azadlıq yoxdur.
bəs nədən adəm meşədən gəlib azadlıq istəsin? azadlıqdan ötrü daş atsın, qan töksün, ölsün..?
adəmin fitrətində mütləq-mükəmməl azadlığın, kamilliyin, ali gözəlliyin izləri var, bir növ, mənsub olduğu məqamın dadı onun damağında qalıb.
gözəllik axtarışı, azadlıq istəyi də fitrəti yaddaşındakı milyonillik həsrətdir...
sənət bu milyon illik həsrətin ifadəsi, fitrəti yaddaşdakı ali gözəlliyin imitasiyası, mütləq azadlığın yerüstü şəklidir.
sənət danışmaqdır... sən danışırsan, sözünü heç kim kəsmir,

186486522_1382383538798868_4383097266895830710_n.jpg

kino çıxardırıq, sağlıq olsun

185295791_1381083275595561_2836263774048789228_n.jpg

Yol

sürücü dedi, bir adamım var, otur, iki nəfər də götürüm, çıxaq.
qabaqdakı ağsaqqal rayonun məşhur ticarətçilərindəndi. görüşdük, olandan/öləndən danışdıq, atamı yad elədik.
****
ikinci siqareti təzə yandırmışdım ki, sürücü ovunun* qabağınca - qan/tər içində qayıtdı, çantaları tələsik yerləşdirdi.
qəşəng qızla salamlaşdıq, bir/birimizə uğurlu yol arzuladıq.
ismayıllıyacan İtalo Kalvinonun ikiyə bölünmüş Vikont* əsərindən başımı qaldırmadım.
yolboyu yanımda qadın olduğunu hiss eləməmişəm, o siqaret çəkəndə də, enerji içkisinin qapağı pısss* eləyəndə də ona tərəf boylanmamışam.
qızı bayaq - qapıda düşəndə gördüm, sağollaşdıq, birdəncə özümdən xoşum gəldi.
yuxarıdakı təsvir mənim iradəmdən kənarda gerçəkləşib, bir növ, mənim köhnə vərdişimin, şundul etiketlərin qalıqlarıdır, çalışıb məni yoldan çıxarsın.
təmizlik necə qəşəngdir!
ülvi hissdir.
nəfsimi yenməyim məni qürurlandırdı.
əlbəttə, əslində, həmişə belə olmalıdır, fəqət həmişə belə olmayıb.
elə bilirəm, uca zirvələrdən birini fəth etmişəm.
təmizlik qəşəngdir,

Sort:  
 3 years ago 

paylasim icin ve entresan icerik icin cok sag olun :)

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 66263.69
ETH 3419.88
USDT 1.00
SBD 2.63