Sevilməyən insan xüsusiyyətləri

in Steemit Türkiye3 years ago

Bu gün sevilməyən insan xüsusiyyətlərindən danışacağıq. Ümid edirəm ki, bu xüsusiyyətlərə sahib deyilsiniz. Əgər bu xüsusiyyətlər sizdə varsa da tezliklə dəyişməyə çalışın.

bleeding-eyes-1761856_1920.jpg
image

  • İlk öncə insanların sözünü bölmək
    Danışarkən insanların sözünü kəsmək mədəniyyətsizlik hesab olunur və qarşı tərəfə də xoş gəlmir, qarşı tərəfi əsəbləşdirir. Hələ ki, bunu daimi edirsinizsə, insanlar sizlə danışmaqdan qaçırlar. Siz artıq insanlarda qıcıq yaradırsınız, sevilməyən insan olursunuz.
  • Hər zaman haqlı olduğunu düşünmək
    Hər zaman haqlı olduğunuzu düşünüb digər insanların fikrini önəmsəməyən insanlar cəmiyyət tərəfindən sevilmirlər və bu cür insanlar mübahisə etməyə, dalaşmağa meyilli olurlar. Çünki yalnız öz dediklərinin doğruluğuna inanır, daima digər insanların fikirlərini səhv çıxarmağa çalışırlar. Bu da mübahisələr, davalara gətirib çıxarır.
  • Hər şeyə lağ etmək
    Hər şeyə lağ edən insanlar cəmiyyət içərisində əyləncəli, sevilən insan olacaqlarını düşünürlər. Amma tam əksi olur. Çünki yanında olmayan digər insanları məsxərəyə qoyan insanlar sabah ətrafındakılar yanında olmadıq da onları da məsxərəyə qoyacaqdır. Həm insanların səhvlərini izah etmək yerinə, onları məsxərəyə qoymağınız, həmin insanın qulağına çatsa duyğuları incinər. İnsanların duyğularını önəmsəməyən insan da sevilə bilməz.
  • Həddindən çox açıq sözlü olmaq
    Düzdür, açıq sözlü olmaq yaxşı xüsusiyyətdir. Amma bu açıq sözlülük bir yerdən sonra həddini aşıb insanların xətrinə dəyirsə bu yaxşı bir şey deyil. Həm hər bir şeyin demə qaydası var. "Mən açıq sözlüyəm" deyib də insanlara kobudluq etmək onları çox üzəcəkdir. Məsələn bir dostunuzun geyimini bəyənmirsinizsə, "Qırmızı rəng sənə heç yaraşmır. Çox pis görünürsən. Niyə belə zövqsüz geyinmisən?" demək yerinə "Qırmızıdansa sənə qara rəngi daha çox yaraşdırıram. O səni daha gözəl göstərir." demək daha uyğundur. Həm fikrinizi bildirmiş olursunuz, həm də dostunuzun qəlbini qırmırsınız. Həddindən artıq açıq sözlü olub, kobudluq etmək insanları sizdən uzaqlaşdırar.

costume-15682_1920.jpg
image

  • İnsanları küçümsəmək
    Ətrafınızdakı insanları cəsarətləndirmək yerinə daim küçümsəməyin. Məsələn bir işə başlamaq istəyən bir insan sizlə məsləhət edir. "Sənə inanıram, sən bu işin öhdəsindən gələrsən." demək yerinə "Sən bunu bacarmazsan, sən hara bu iş hara." desəniz insanların bütün motivasiyasını, həvəsini öldürdüyünüz üçün artıq sizlə nəyisə müzakirə etməyəcək. Yaxud bir işi bacardıqlarında "Nəcəb sən bu işi bacarmısan?!" desəniz o insanlar sizdən uzaqlaşacaq. Çünki heç kim ətrafında bu cür, onları həvəsdən salan, küçümsüyən insanları istəməz.
    Çalışın ki, bu cür davranışlardan boyun qaçırasınız. Bu davranışlarla insanların qəlbini qırıb, özünüzdən uzaqlaşdırmayasınız və sevilən insan olasınız.

#insan

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63813.24
ETH 2654.52
USDT 1.00
SBD 2.76