Abituriyentlərə məsləhət

in Steemit Türkiye4 years ago

Bu günkü mövzumuz abituriyentlərə məsləhətdir. Bu yazını öz təcrübələrimə əsaslanaraq hazırlamışam. Yəni verəcəyim məsləhətlərin 100% faydalı olacağından əmin ola bilərsiniz. İlk qızıl qayda dərs planı hazırlamaqdır.

laptop-3087585_1920.jpg
image

Dərs planı hazırlamaq həm vaxtın düzgün bölüşdürülməsinə, həm də hər şeyi rejimə salmağa yardım edən ən önəmli vasitədir. Məsələn saat 09:00-tarixə başla, 09:50-istirahət et, 10:00-riyaziyyata başla. Bu şəkildə etdikdə vaxt itkisi olmayacaq. Plansız dərs etdikdə 10 dəqiqə ara verib, istirahət edim dedikdə heç vaxt bu istirahət 10 dəqiqə çəkmir. Hətta o 10 dəqiqə bəzən 1 saata kimi çıxa bilir. Amma plan hazırladıqda o plan üzrə hərəkət etməyə çalışırıq və bilirik ki, əgər plandakı kimi 10 dəqiqə yerinə o istirahət uzansa ondan sonra yazılan bütün planlama da pozulmuş olacaq. 2-ci önəmli bildiyim məsləhət isə diqqət yayınmasına icazə verməməlisiniz.

student-849822_1920.jpg
image

Yəni dərs oxuduğunuz zaman diqqətiniz yayınır, ağlınıza başqa bir şey gəlirsə tez o fikri uzaqlaşdırıb dərsə fokuslanmaq lazımdır. Yəni ağlınıza bir şey gəldikdə dərsi qırağa atıb onu düşünmək yerinə, o fikri bir qırağa atıb dərsə davam etmək lazımdır. Yoxsa əks təqdirdə 1 saata bitirə biləcəyiniz dərs 3 saatınızı belə ala bilər. Düzdür, çox zaman bu diqqət yayınıqlığına əngəl olmaq çətin olur. Amma belə düşünməyə çalışın ki, dərsimi tez bitirsəm o boş vaxtımda istədiklərimi düşünüb, edə bilərəm. 3-cü məsləhətim isə istirahət vaxtınızda sizi stresə salan düşüncələrdən uzaq olun. Məsələn bu vaxt dərslərimi necə çatdıracağam deyə düşünməkdən qaçın. İstirahət vaxtınızda stresli düşüncələr düşünmək yerinə sanki heç bir işiniz yoxmuşcasına rahat olun. İstirahət vaxtınızı stresə salan düşüncələrə sərf etmək sizi daha da yoracaqdır. Yaxşı olar ki, yatıb beyninizi də dincəldəsiniz. 4-cü yuxu rejiminizə diqqət yetirin. Gecə gec yatdıqda, səhər də planladğınız saatda oyana bilməcəksiniz. Daha gec saatda oyanacaqsınız.

time-3222267_1920 (1).jpg
image

Bu da vaxt itkisinə səbəb olacaq, planınız pozulacaq və gec duran insan əsasən gün ərzində də enerjik ola bilmir, özünü yorğun hiss edir. Əgər tez durmağa bacarsanız belə kifayət qədər yatmadığınız üçün gün ərzində yuxulu olacaqsınız. Bu yaşlardakı insan üçün normal yuxu saarı 7-8 saatdır. Daha az və ya daha çox yatmamağa diqqət edin ki, günboyu enerjik ola və işlərinizin öhdəsindən layiqincə gələ biləsiniz.
Hələ ki bu qədər kifayətdir. Hər birinizə uğurlar arzu edirəm.

#student #blog

Coin Marketplace

STEEM 0.26
TRX 0.21
JST 0.037
BTC 95164.55
ETH 3590.61
USDT 1.00
SBD 3.75