Sac içi!

in Steemit Türkiye2 years ago

Salam Steemit-Türkiye üyelerimiz!

i (17).jpeg

Mən sacda necə quzu əti bişirmək olar o haqda yazacağam. İlk öncə onu bildirim ki sacın materialı nə qədər qalın olarsa yemək həmin sacda daha yaxşı və dadlı bişər.
Əslində sacda quzu və ya çolpa bişirərkən çox inqridient vurmağa ehtiyac yoxdur. Yəni badımcan,bolqar bibəri, göbələk. Bunları restoranlarda yeməyin həcmini artırmaq üçün vururlar.
Mən sadəcə 4 nəfər üçün aşağıdakı ərzaqlardan istifadə edirəm.
1 kq quzu əti
200 q quyruq
0.5 kq kartof
2-4 ədəd pomidor
2 əd acı bibər.
Öncə sacı ocaq üstündə yaxşı qızdırıram, sonra quyruqu 2,3 sm-lıq doğrayıb sacın kənarlarına düzürəm quyruq əriyib sacın mərkəzinə yığılandan sonra 4,5 sm-lıq doğranmış əti tökürəm.

IMG_20211115_144828_215.jpg

Ət qovrulmağa az qalmış zövqə görə doğranmış kartofu əlavə edirəm və ətlə birgə quyruq yağında qızardıram. Bişməyə az qalmış 1/2,yəni yarı bölünmüş pomidorları və acı bibərləri üstünə düzürəm.

IMG_20211115_144828_218.jpg

Əziz dostlar bu cürə bişirsəz biləcəksiz ki restoranlarda digər ərzaqlar sac içi deyilən yeməkdə artıqdır və bunlar sadəcə ətdən az istifadə etmək üçün bir hiylədir. Nuş olsun!

IMG_20211115_144828_221.jpg

Sort:  

Paylaşım için çok teşekkür ederim. Yemek harika görünüyor elinize sağlık 😊 restaurantlarda yapılan hileyi bizlere anlattığın için ayrıca teşekkür ederim.

Gerçekten öyle daha eiaz et vermek için, bol malzemeli yapıyorlar, gözümüzü doyuruyorlar.

 2 years ago 

Afiyet olsun

Coin Marketplace

STEEM 0.16
TRX 0.12
JST 0.027
BTC 54260.16
ETH 2859.91
USDT 1.00
SBD 2.01