Xəyalları gerçəkləşdirmək

Normal olan hər bir insanın xəyalları var və xəyal qurmağa da davam edir. Həyatdan heç bir gözləntisinin, xəyallarının olmadığını deyən insanların psixoloji problemləri var. Nəsə yaşayıblar və bu onlara çox pis təsir edib, belə düşünmələrinə səbəb olub. Xəyalları olan, xəyal quran insanlar da iki yerə bölünür. Xəyal qurub, heç nə etmədən, bu xəyalların özü-özünə gerçək olmasını gözləyənlər və bu xəyallara çatmaq, onları gerçəkləşdirmək üçün bütün çətinliklərə sinə gərənlər. Heç bir uğur heç nə etmədən qazanılmır. Heç bir xəyal da heç nə etmədən gerçəkləşmir.

man-6253257_1920.jpg

Bunun üçün yatmaq yerinə hərəkətə keçmək lazımdır. Əgər indi yatsaq, yuxumuzda xəyallarımızı görəcəyik. Oyanıb, hərəkətə keçsək isə bu xəyalları gerçəkləşdirəcək, yaşayacağıq. Bu yolda qarşımıza çox çətinliklər çıxacaq. Amma biz heç nəyi, heç kimi önəmsəməyərək, xəyallarımızdan vaz keçməməliyik. Heç nə asan əldə olunmur. Asan əldə olunanın da dəyəri bilinmir. Çətinlik çəkib, çox çalışdıqdan, çox cəhd etdikdən sonra gerçəkləşən xəyalın xoşbəxtliyinin yerini heç nə verməz. Xəyallarınızın ardınca gedin.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.

Sort:  
 3 years ago 

Güzel :)

Teşekkürler:)

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58572.58
ETH 2551.35
USDT 1.00
SBD 2.47