The Diary Game Better Life 04.08.2021 /Qatarda keçən ömür/ Жизнь в поезде

Səhər açılr, mən işə gedəcəm. Yol boyu qarşıma çıxan nə varsa, maraqlı olan, məni özünə cəlb edən çəkməyə, kameranın yaddaşına köçürməyə çalışıram. Bu yazı çinarlara qədər davam edəcək. İlk olaraq dəmir yoluna giriş fotosunu atıram ki, maraqlı olsun.

WhatsApp Image 2021-08-04 at 17.58.36.jpeg

Amma bu o dəmək deyil ki, mən yolun fotosunu çəkməmişəm. Yolumun üstündə Zil markalı maşın var, kartof satır. Gədəbəy rayonundan. Yay-qış, 24/7 burdadır. Gecənin 4-də evdə kartof qutarsa, gəlib burdan kartof ala bilərsən. Açığı gecənin 4-də kartof alacağınızı düşünmürəm. Amma hər etimala qarşı yaddaşınızda olsun ki, Sumqayıtda 24/7 kartof ala biləcək səyyar satış yeri var. Foto orjinaldı, effekt verib çəkdim ki, bir az maşının köhnəliyi ilə sintez edə bilim. Qədimlik abu-havası yaratdım. Sovetlərin iyi gəlsin.

WhatsApp Image 2021-08-04 at 17.58.15.jpeg

Və doğma qatarım. Həmin saat, həmin yer məni gözləyir. "Qatarda keçən ömür" adlı bir sənədli film üçün potensial mövzuyam. Burdan dünyanın bütüm rejissorlarına səslənirəm, gəlin çəkin!!!

WhatsApp Image 2021-08-04 at 17.58.14 (1).jpeg

WhatsApp Image 2021-08-04 at 17.58.13.jpeg

Bu gün yolum maraqlı olmadı. Yanımda oturan yatmışdı, xoruldayırdı. Mənzil başına çatmaq üçün qatardan çox mən tələsirdim. İmkan olsaydı düşüb piyada gedərdim.

WhatsApp Image 2021-08-04 at 17.58.11.jpeg

Bura artıq Bakı stansiyasıdır. Mən keçidi keçirəm və işə çatıram. Unutduğum bir şey qalıb, "Çinarlarım"

WhatsApp Image 2021-08-04 at 17.58.10.jpeg

Hər halını çəkib sizinlə paylaşıram. Payızı və qışı bu çinarların fotolarında sizlərə hiss etdirəcəm.

WhatsApp Image 2021-08-04 at 17.58.13 (1).jpeg

Oxuduğunuz üçün təşəkkürlər.

Sort:  

Наша жизнь железнодорожный вокзал. Люди приходят и уходят)

не смотри за этим поездом

Верно. Прошлое не вернуть

Coin Marketplace

STEEM 0.19
TRX 0.12
JST 0.027
BTC 59198.54
ETH 3287.69
USDT 1.00
SBD 2.43