"The book I am reading" . Чингиз Абдуллаев-"В ожидании апокалипсиса" (MƏHŞƏR AYAĞINDA)

in Steem-BRU (BY-RU-UA)3 years ago (edited)

Dedektiv janrının mahir yazarlarından biridir Çingiz Abdullayev. Dünyanın 40-a yaxın ölkəsində, 40-dan çox dildə əsərləri tərcümə olununaraq çap edilmişdir. Müasir dünyada müasir Azərbaycan ədəbiyyatı deyiləndə nədənsə Çingiz Abdullayev yada düşür. Rusiyada və MDB ölkələrində əsərlərinə o qədər filmlər çəkilib ki, hər kəsin yaddaşında mahir dedektiv ustası kimi qalıb.

Bu gün sizə Çingiz Abdullayevin "Məhşər ayağında" romanı haqqında bilgi verəcəm. Qısa özət keçim.
Yalan nə deyim, mən dedektiv romanları ciddi ədəbiyyat hesab eləmirəm. Ədəbi bədiilikdən daha çox hadisələrin fərqli rakuslardan qurulub sonda bir-biri ilə bağlanması sadəcə ədəbi tapıntı deyil, bir dedektiv ajanının ustalığına bənzəyir.

WhatsApp Image 2021-08-05 at 11.11.54.jpeg

Romanda soyuq müharibənin ən kəskin dönəmlərindən bəhs edən bir zaman aralığı təsvir olunur. Sovet Rusiyası, Amerika Birləşmiş Ştatları və bütün dünyanın ən məhşur xüsusi xidmət orqanlarının həyata keçirdikləri məxfi əməliyyatlardan söhbət açılır. Baş qəhrəmanımız Kamal Aslan. Öz zəkası ilə gördüyü işlərin mahir ustası. Bu roman mən həm də "siyasi-dedektiv" roman adlandırardım. Romanda rəsmi tarixdə yaşamır dövlət xadimlərinin, tarixi şəxslərin adı keçir.

WhatsApp Image 2021-08-05 at 11.11.53.jpeg

Ön söz olaraq verilən hissə demək olar ki, romanın məğzini açıb ortaya qoyur, bizə qalır əsəri oxuyub, xırda detallara varmaq.

O — çox riskli bir peşə sahibidir.
Yadlar arasında doğma, doğmalar arasında yaddır, o, ömrü boyu “uydurma tərcümeyi-halla” yaşayır. Təhlükə və yalan içində ömür sürür.
O — xarici kəşfiyyatda bacarıqla yüksək zirvələri fəth etmiş adamdır. Ən çətin tapşırıqları yerinə yetirən supercasusdur. O — hər gün rastlaşdığı ölümlə oynayan həssas oyundaşdır. Lakin o, sonadək — qələbə qazananadək oyun meydanındadır…

WhatsApp Image 2021-08-05 at 11.11.53 (1).jpeg

Romanı "əlinin altında başqa kitabın yoxdusa oxumağa dəyər" fikri ilə yekunlaşdırıram. İndi oxuyanlar düşünər ki, bəs niyə buna vaxtını sərf etmisən? Hər bir əsərdə, romanda nələrisə götürmək, qavramaq, həyata tədbiq etmək fikri durur. Xırda detallar insanı düşünüdür. Məhz bu baxımdan açıb, vərəqləyib oxumağa dəyər bir kitabdır, bir əsərdir.
Dostlarımı bu kitabı oxumağa dəvət edirəm. @ira.jabir@nurengizbagirova siz də bu romanı oxusanın və oxumusunuzsa fikir bildirməyi unutmayın.

Diqqətiniz üçün təşəkkür edirəm. @revan746

Sort:  

Kitabı oxumamışam, açığı. Amma indi bunu oxuyanda "Baharın 17 anı" filmində Ştirlis yadıma düşdü.
Я не читала этот роман. Но почему то подумала о Штирлице, в " Семнадцать мгновений весны"

Mənim üçün dedektiv ədəbiyyat deyil, bu postu da post xatirinə yazmışam. Əlimin altında bu kitab idi və son oxuduğum)))

Очень люблю творчество Чингиза Абдуллаева,перечитала много детективов,спасибо за наводку след.к прочтению «Охота на человека»

Sən qeyd etdiyini oxumamışam.

Sen oxuduguvun rus varianti bele edibler tercumesini

 3 years ago 

какой занятный языыыык))

aзербайджанский язык

 3 years ago 

я поняла, я уже перевела))

Ага,стрекоза например на азербайджанском «cırcırama»[ джырджырама]удар.на послед.слог))

 3 years ago 

Заканчиваю роман мыслью, что «его стоит прочитать, если под рукой нет другой книги».

а вот это хороший совет))

Я бы не хотел, чтобы вы переводили эту часть))))

 3 years ago 

почему?))зачем тогда писать эту часть?))стесняюсь спросить)) не одна я тут перевожу и читаю посты))

они тебя понимают

Coin Marketplace

STEEM 0.27
TRX 0.12
JST 0.031
BTC 57030.30
ETH 2858.42
USDT 1.00
SBD 3.62