The Food Diary Game | Season 2 | 20-10-2021 | sfcharity50pc |#club5050| Apple Pie, Vegan Ramen , Some Vegetables 😍😍😍

in SteemFoods3 years ago

Hi Steem Foods community! It's my DAY 20 in the Second Season of the Food Diary Game.

I have joined #Club5050. Have you? Learn the rules HERE, and if you are a candidate, Join in!


IMG-20211020-WA0004.jpg

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Bütün Steem Foods ailəsinə xoş və gözəl gün arzulayıram. Bu gün də sizinlə yediyimiz dadlı və etik yeməkləri paylaşacam.

Breakfast

Bu gün səhər yeməyində qızarmış çörək, veqan pesto sousu, doğranmış pomidor, günə enerji dolu başlamaq üçün qəhvə və vitaminlərimiz var. Deyə gülə yeməyimizi yedik, hamıya gözəl sabahlar arzulayıram

IMG-20211020-WA0001.jpg

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Lunch

Günorta yeməyi üçün brokoli, qarğıdalı, kartof, gül kələm, qırmızı soğanın üzərinə zeytunyağı, pul bibər, dəniz duzu, sarımsaq tozu və oreqano töküb qarışdırdım və 200 dərəcəli sobada 20/30 dəqiqə bişirdim. Çox dadlı olur, siz də mütləq yoxlayın.

IMG-20211020-WA0002.jpg

prepare rules

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Afternoon Snack

Axşama doğru, ürəyimdən şirniyyat keçdi, mən də təbii ki, veqan qat-qat xəmirlə, almalı darçınlı peçenye hazırladım. Bunun üçün 2 x.q şəkərə 1 x.q darçını qarışdırdım. Almaları yumru doğrayıb, orta hissəni götürdüm və alma dilimlərini darçınlı şəkərə batırıb, xəmirin içinə qoydum. Zövqə görə bükdüm və üzərinə yarım ç.q bəkməzi azacıq su ilə qarışdırıb çəkdim ( biz veqanlar bunu üzəri parlaması üçün edirik)
Sonra bişirib yedik, möhtəşəm qoxurdu və dadına doya bilmirdik.

IMG-20211020-WA0000.jpg

prepare rules

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Dinner

Axşam yeməyinə Rəcəb ramen istədi. Mən də sevə-sevə bişirdim. Soğan, zəncəfil və sarımsağı doğrayıb, küncüt yağında qızartdım. Sonra göbələkləri doğrayıb tökdüm tavaya, üzərinə duz, istiot, çili, pul bibər, tərəvəz bulyonu və 1 litr su töküb qoydum qaynamağa. Sonra nazik əriştə (funçoza) töküb, altını söndürdüm. Kənarda tofu pendirini qarğıdalı nişastası ilə qarışdırıb, zeytunyağı və soya sousunda qızartdım. Boşqaba çəkəndə yanına qızartdığım tofu, doğranmış yaşıl soğan, nori və küncüt tökdüm. Sevə-sevə yedik, biz ikimiz də Asiya mətbəxinə aşiiq insanlarıq.

IMG-20211020-WA0003.jpg

prepare rules

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Belə , hamıya etik və mərhəmətli yeməklər yeməyi arzulayıram. Ümid edirəm süfrənizdə ölmüş heyvanların cəsədi yox, vitamin və minerallarla zəngin tərəvəzlər, protein və zülalla zəngin paxlalılar, mikro elementlərlə zəngin bitkilər olar. Unutmayaq ki, heyvanlara qarşı etdiyimiz pis rəftar günlük həyatda insanlar və hadisələr olaraq qarşımıza çıxır (karma).

Good luck to everyone, Enjoy your life

Follow me on Instagram: You can get acquainted with many delicious recipes
safplanet

Follow me on YouTube:
safplanet

Follow me on D.Tube:
safplanet

Sonda, bu prestijli cəmiyyətə @steemfoods@alikoc07 -yə bizə reseptlərimizi öyrənib paylaşa biləcəyimiz bu məkanı təqdim etdikləri üçün təşəkkür etmək istəyirəm.

Bu yazıdan əldə edilən mükafatların 20% -i, ehtiyacı olanlara kömək etmək və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına gedir.

Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib

07f96896-1825-4d30-93f6-e5d5b23237b3.gif

About the Author

Greetings! @fatimasabirli. My name is Fatima. I am a freelance cooker. I am a vegan. My goal is to let people know what vegans can eat during the day. I love to explore the world and see its wonders. I also love different artworks and admires them. Again, thank you for the support.

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 59048.85
ETH 2984.06
USDT 1.00
SBD 3.71