🧖♂️🤹♀️💙💚Club100🦾✔ "Kids of the World" -Dünya Uşaqları. Biz də dünyanın bir parçasıyıq. //by @revan746 //10% benificiary to steemkidss
Salam, Steemkids üzvləri. Ümid edirəm ki, hər şey yolundadır. İlk dəfədir bu topluluğa üzv oldum və ilk paylaşımımı edəcəm. @olesia tərəfindən davam etdirilən "Kids of the World"- Dünya Uşaqları müsabiqəsinə qoşularaq birlik nümayiş etdirmək istəyirəm.
International Children's Day ilə bağlı öz topluluğumuzda paylaşım etmişdim.
Mənim də iki övladım var, bəlkə də dünyanın başqa ölkələrində başqa cürdür, amma mənim yaşadığım ölkədə bir yaşdan sonra hər kəs övladı üçün yaşayır, həyatını övladının böyüməsinə, təhsilinə, onun həyatda necə mövqe tutmasına yönəldir. Artıq özünü unudur, uşağı, övladı üçün yaşayır. Yalnışdır, doğrudur deyə bilmərəm amma yaşayış və mental dəyərlərimiz budur, bizi də biz edən budur, Azərbaycanda özünəməxsus mental dəyərlərdir bunlar. Eşitdiyimiz və gördüyümüz avropa dəyərlərində yuxarıda sadaladıqlarım yoxdur.
Bu da bizik Ramal, Əli və mən.
Bu yazıya görə bütün qaleriyamı alt-üst etdim, baxıram ki, uşaqlar fotolarda böyüyüb. Lap körpəlikdən bu yaşa qədər xeyli zaman keçsə də mənim gözümdə həmin balacalardı, amma müqayisə etdikcə görünür ki, həyat davam edir, zaman keçir böyüyürlər.
Uşaqlar ilə zəhmli ata kimi yox, dost kimi olmağın tərəfdarıyam. Onlar mənimlə fikirlərini bölüşsünlər ən yaxın dostları da mən olum. Bəzən qaçıb səhərin sübh çağında dəniz kənarına getmək, hardasa bir əyləncə axtarmaq. Bu cür yaşamağın, bu cür böyütməyin tərəfdarıyam övladları.
Bəzən də bezim şəkil çəkdirməyin ən əzab verici bir hal olduğunu mənə anlatmaq üçün sifətlərindən zəhrimar yağır.
Ramal və Əlinin əmisi uşaqları və bibisi uşaqları rayonda yaşayırlar. Məmmədovların davamçılarını bir araya yığıb fotolarda tarixə qoşuşdurmuşam. Gələcəkdə baxım uşaqlıq xatirələrini bir-birilərinə danışmağa vasitə olsun deyə.
Bizim evdə gələcəyin iki böyük güləşçisi yetişir. Bütün günü məşq edirlər. Sərbəst güləş üzrə çempionlar olacaqlar. Jamal and Ali :)
Günün sonunda da heydən düşüb hardasa iki qardaş yatıb qalırlar.
Bu fotolarda 8 ilin arxivimdə qalmış fotoların əks etdirdim. Bizim uşaqlar da Dünya Uşaqlarının bir parçasıdır.
Müsabiqədə iştirak üçün @isa545 @yusif79 @urcah.com @ceylanmumoglu dəvət edirəm. Subaylar inciməsin, bu post evlilər və uşaqları olanlar üçündur. Qara və ağ çadır. Dədə Qorqud.
Photo by @revan746
#kidsoftheworld #steemitazerbaijan #club100 #steemexclusive #contest
@revan746👶🌍🕊️
💙💛 &💙 🧡💚
Miss you .. mam..
😂😂😂👋
Not for income 🤣🤣🤣 for respect bye .
write posts😂😂😂
No ,thanks for inviting.i am busy another community's. Best of luck 🤞
Nə gözəl postdur.
Allah saxlasın bu şirin balaları. Sağlam və xoşbəxt böyüsünlər 😊
Dədə Qorqud misalına güldüm)
Çox sağ ol, var ol. Sənin də dəliqanlı oğlun haqqında yazı gözləyirik. Anlat görək o nə imiş, necə imiş, işimizi bilək))
Yaxın zamanda mütləq)
Arxivi eşələməliyəm)
Uyyyy, nə qəşəng postdu ♥️♥️♥️
Qəşəng sənsən. Ukkkk, bəs sənin postun hanı? sənin indi nəvələrin haqqında post yazan yaşındı))
Bizim o uzun şəkilləri göndərsin ki, yazım daaa. Mənim postum sənin postunu döyəcək🖐️
Çayı keçmədən "hop" demə. Yaz da sora şey edək.
Thank you so much for taking part in this contest, we really appreciate your effort and contribution. You know what? You're kids are so adorable 🥰 please continue to be active in our community and may consider delegating SP for us to help us grow. Thank you!
Thanks.
Postun Sonluğu Sanki Mənə tırka vermək kimi çıxdı...😉MAŞALLAH olsun. ALLAH bütün balaları saxlasın AMİN İNŞƏƏALLAH🤲 Qardaş istəyirsən qara yoxe, alabəzək çadır təşkil elə Mən yenə də Asi ola bilmərəm...Çünki, Mən Aruz deyiləm, Mən Orxanam😂 Nə etmək olar Əlişşşş vaxt gələr Mən də o sıralara qatılaram.
Konkret tırka vermişəm, di get))
Məni istəməyənlərin sayı artır🤦🏻♂️