Yalnızlıq

in Steemit Azerbaijan☪✔3 years ago

Yalnızlıq ətrafında səni sevən, səninlə maraqlanan, sənə dəyər verən insanların var olmaması deyil… Çoxluca insanin içində səni həqiqətən anlayan, dərdinin nə olduğunu soruşan birinin olmaması və ya soruşmalarını belə istəmədiyin andır.
IMG_20211103_151032.jpg

"İnsanlığın bütün problemləri, insanın bir otaqda səssizcə tək başına otura bilməməsindən yaranır.". deyər Blaise Pascal.

O anlayırdı ki, bir insanın yalnız qalması onun özü ilə hesablaşmasına səbəb olar. Ancaq bu hesablaşma heç da xoş keçməz. Hesablaşma, əsasən, "Niyə yalnızam?", "Niyə var oldum?" və "Nə işə yarıyıram?" kimi sorğulamalarla keçər. Və bu sorğulamaları aparan insan, istər istəməz özünü bir varoluş sancısının (Ekszistensial böhran) içində hiss edəcəkdir. Sonrasında isə məcburən əzab çəkəcəkdir.
IMG_20211103_113717.jpg
İnsan bu yalnızlıqdan qaçış yollarını axtarar. Pascal, yalnızlıqdan qaçış olaraq bir kralın ətrafındakı nemətləri istismar etməsini misal çəkər. Çünkü zövq verən məşğuliyyətlərlə vaxt keçirən biri öz yalnızlığını bir müddət unudacaqdır. Günümüzdəki insanların yalnızlıqdan qaçış örnəklərinə filmlər, seriallar və kompüter oyunları aid ola bilər.
IMG_20211106_224733.jpg

Yalnızlıq probleminin ən gözəl həlli sosiallaşmaq olsa da, yalnız insanların ən böyük problemi də elə sosiallaşmağı bacarmamalarıdır. Ətrafındakılara yaxınlaşmağa çalışsalar da nəticə ürək açan olmaz.

Screen_Shot_2021_02_08_at_9.22.41_AM.jpeg
Link to photo
Yalnızlığın daha gözəl təsvirinə 1976 ildə çəkilən "Taxi Driver" filmi misal ola bilər. Biraz köhnə film olsa da bu mövzunu çox gözəl əhatə edir. Filmin baş qəhrəmanı Viyetnam müharibəsinnən geri qayıtmış, psixologiyası korlanan bir əsgərdir. Normal həyata uyğunlaşmağa çalışsa da bunu bacarmaz və çox zaman yalnız qalar. Hətta sosiallaşmaq üçün gecələri taksi şoferliyi də edər. Ancaq hadisələrin gedişatında özünü heç də gözlədiyi yerdə tapmaz. Eyni zamanda film, yalnızlığın uzunmüddətli davamı ilə insan taleyinin necə dəyişdiyi, bunun yaratdığı psixoloji sarsıntılar və başqa mövzuları da özündə əks etdirir. Yalnızlığın təhlükəli tərəflərini göstərir bizə. Hər kəsə izləməyi tövsiyə edirəm. :-)

Sort:  
 3 years ago 

İnsan valideynlərdən deyil öz ətrafından yetim qalır. Ətraf münasibətlər bizim kim olduğumuzu və nə qədər yalnız olduğumuzu təcəssüm etdirir. "Yalnız qalmaq yetim qalmaqdan yaxşıdır."

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62668.27
ETH 3332.07
USDT 1.00
SBD 2.46