Nədir bu "Eşikdə məkan"?

in Steemit Azerbaijan☪✔3 years ago

Bu məkanlarda bir fərqlilik var. Diqqətlə baxdığımızda özümüzü qəribə hiss edirik. Nostaljik, sirli, biraz da qorxulu təsir bağışlayır insana. Bir tərslik var bu məkanlarda.
Dpc1.pngLink to photo
Uşaq parkında uşaq yox,
4ee28616f507de04dee0bee3af508b7e.jpg
Link to photo
avtoparkda maşın yox,
liminal-space-house-ill-never-forget-you-on-reddit.jpgLink to photo
evdə mebel yox...

Bu şəkillərdə olduqca yalnız və depressiv bir atmosfer var. Belə yerlərin xüsusi adı "Liminal spaces" olaraq keçir. Azərbaycan dilinə tərcümə etsək "eşikdə məkan" mənasını verər. Yəni, şəkillər sanki insanı qorxunun eşiyində saxlayır. Qorxulu bir şeyin çıxacağını gözləyərsən, amma heç nə baş verməz. Eşikdə saxlanmaq isə insanda gerilim yaradır.
Bu məkanlar son vaxtlar internetdə olduqca məşhurlaşdı. Hətta öz daxilində bir incəsənətə də çevrildi. İnsanların bu məkanları paylaşdığı qruplar qurulmağa başlandı.
IMG_20211025_224014.jpg

Belə şəkillərin özünəməxsus bəzi xüsusiyyətləri var. İlk olaraq, heç birində insan yoxdur. Şəkillər əsasən köhnə vaxtlara aid olur və keyfiyəti aşağı səviyədədir. Başqa bir xüsusiyəti isə insalara tanış gəlməsidir. Bəzi insanlar keçmişdə orda olmuş kimi hiss edirlər, bəziləri isə bu məkanları yuxularında gördüklərini deyirlər. Filmlər belə məkanları bizə hiss elətdirməyi çox gözəl bacarır. Əsasən də qorxu filmləri. Psixoloji qorxu filmi olan "The Shining"də bu çox gözəl təsvir olunub.
IMG_20211025_224217.jpg
Mənə görə isə bu məkanların ən təsirli xüsusiyyəti bizi yalnız hiss etdirməsidir. Bu məkanların insanlarla dolu olmasına o qədər öyrəşmişik ki, insan obyektini çəkib çıxardıqda beynimiz bunu qəbul edə bilmir. Bu məkanları əgər insana bənzətsəydim bu insan yalnız, kimsəsiz və tərk edilmiş biri olardı, ruhsuz biri. Bəlkə də eşikdə məkanlar ölüm, yalnızlıq və tərk edilmişlik kimi anlayışları özündə birləşdirdiyi üçün bu qədər narahat hiss elətdirir.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62625.86
ETH 3333.11
USDT 1.00
SBD 2.47