Kölgə arxetipi. Yaxşı insan və pis insan anlayışı.steemCreated with Sketch.

in Steemit Azerbaijan☪✔3 years ago

Səncə pis insansan? Deyilsənmi? Heçmi pis bir şey etmədin? Heçmi qaranlıq düşüncələrində boğulmadın?

Bu postda Carl Jung'un kölgə arxetipindən, eyni zamanda yaxşı və pis insandan bəhs edəcəm. Jung'un kölgə dediyi anlayış insanın qaranlıq tərəfidir, pislik etmə tutumudur. O hər insanın içində pisliyə meyilli bir heyvanın yatdığını söyləyir. Ancaq qəribədir ki, Jung insanın kölgəsini rədd etməsini istəməz. Əksinə, insanın kölgəsini anlayıb onu idarə etdiyi müddətcə bütünlüyə çatacağını qeyd edər. Jung'un bu düşüncələri zamanında xeyli tənqidlərə məruz qalmışdı. Çünkü bizim bildiyimiz yaxşılıq və pislik anlayışları bir-birinə tamamilə ziddir. Yaxşı insanın içində pislik olmamalıdır. Həqiqətdə isə öz qaranlıq tərəfinnən xəbərsiz olan bir insan yaxşı insan ola bilməz, saf insan olar. Yaxşı insan və saf insan həmişə qarışdırılır. İnsanın zərərsiz və günahsız olması onu yaxşı insan etməz, saf insan edər. Saf insan pisliklə mübarizə apara bilməz, qırılğandır. Kölgəsinə bələd olmadığı üçün pislərdən gələn təsirlərə qarşı zəifdir.
IMG_20211019_204036.jpg

Yaxşı insan isə kölgəsinə hakim olduğu üçün pisliyə qalib gələcək gücə sahibdir, zərərsiz deyildir. Pisliyə qarşı mübarizə aparırsa içindəki qaranlıq tərəfi ortaya qoymaqda çəkinməz. Hamızın yaxşı tanıdığı "Batman" personajı kölgəsini ustalıqla idarə edən birinə örnəkdir. "Batman"in cinayətkarlara öz qaranlıq tərəfini göstərməkdəki məqsədi onlara işgəncə verib eqosunu göstərmək deyil. Öz mənafeyi üçün işlətmirdi kölgəsini. Elə yaxşı ilə pisi bir birindən ayıran da budur. Pis biri öz mənafeyi üçün kölgəsini işlətər, insanları qorxutmaqdan, əzab verməkdən zövq alar. Ancaq yaxşı biri kölgəsini pisliklə mübarizə aparmaq üçün işlətər. Və təkrar edirəm saf olmaq yaxşı olmaq deyildir.
Ancaq bir problem də var ki, kölgə ilə çox əlaqədə olmaq da təhlükəlidir.

"Bir heyvanla döyüşməyi seçən biri, bu prosesdə heyvana dönüşməməyə diqqət etməlidir. Çünkü bir uçuruma qədərincə uzun baxarsan uçurum da sənə geri baxacaqdır" deyər Nietzsche.

IMG_20211017_081756.jpg

Kölgəsində uzun zaman keçirən insan kölgəsini idarə etmək yerinə, kölgəsi tərəfindən idarə ediləcəkdir. Və bir insanı pis edən kölgə üzərindəki idarəetməni itirməsidir. Belə insanların yanında kölgəsinin özünü ələ keçirdiyini hiss edə bilməyən insanlar da vardır ki, bu daha təhlükəlidir. Bəzi qatillər və terroristlər özlərini ələ keçirən kölgələrini o qədər görməzdən gəlmişdir ki, qaranlıq tərəfdə olduqlarını görə bilməzlər heç. Etdikləri qətliyamların yaxşı bir şey olduğunu zənn edərlər və insanları ölümə layiq olduqları üçün öldürdüklərini deyərlər. Adolf Hitler üstün alman irqini yaratmağa çalışarkən zəif genli insanları öldürərək insanlığa yaxşılıq etdiyini düşünürdü. Kölgəsinin onu ələ keçirdiyindən o qədər xəbərsizdi ki bir heyvan olmasına baxmayaraq qəhrəman hesab edirdi özünü.

Qısacası, kölgə deyilən anlayış içimizdə böyütdüyümüz əjdahamız kimidir. Güclü və qoruyucudur ancaq tasmasından qurtulduğu zaman ilk öldürəcəyi insan sahibidir.

Hamımız bir kölgə daşıyırıq və heç birimiz qüsursuz yaxşılığa sahib deyilik. Və içimizdəki kölgəni qəbul etməmək bizi yaxşı birisi etməz. Əksinə, içimizdəki kölgəni daha çox azdırar. Kölgənin bizi idarə etməsinə imkan yaratmadan biz onu idarə etməliyik. Və kölgəni kimin üstündə nə məqsədlə istifadə edəcəyimiz yaxşı insan ilə pis insan arasındakı fərqi yaradır. Pis insan olmaq üçün kölgə tək başına bəsdir, ancaq yaxşı insan yanına mərhəməti də almalıdır.

Vaxtınızı ayırdığınız üçün təşəkkürlər :)

Sort:  

Əgər insan içindəki pisin pis olduğunu görə bilirsə, artıq pis adam deyil. Əla postdu.

 3 years ago 

İçində insanlıq olan varlıq həmişə özü özünə hesabat verməyi bacarmalıdır. Nə etdim, niyə etdim pis iş gördümmü və yaxud yaxşı bir işlər gördümmü və s.

 3 years ago 

Post Təqaüd proqramına uyğundur. Təbriklər. Steemit Azerbaijan admin.
IMG-20211012-WA0010.jpg

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 61420.98
ETH 3276.21
USDT 1.00
SBD 2.47