Dəlilik nədir?

in Steemit Azerbaijan☪✔3 years ago

Bir insanın dəli olması üçün nə gərəkir? Joker bu barədə deyər:
"Tək lazım olan bir pis gündür. Dünya mənə bu qədər uzaqdadır, sadəcə bir pis gün qədər".
Joker'ə görə insanın dəli olmamasının səbəbi, başına yetəri qədər pis hadisələrin gəlməməsidir. Bir gün ərzində belə insanın başına yetərincə pis hadisələr gələrsə, o insan dəli olmaq məcburiyyətində qalacaqdır. Bəs ağlını itirmək hər zaman beləmi olur?
IMG_20211104_195330.jpg
Əslində insanın ağlını itirməsi, bəndin bir anda daşması kimi qəfildən baş verməz. Bəzən bu yavaş-yavaş, səssiz formada heç hiss etdirmədən insanı ələ keçirə bilər. Ağlını itimək bəzilərimizin düşündüyü kimi yalnız qalmaq deyildir. Dəlilik gerçək özümüzlə tanış olmaq halıdır. Dəli olmaq həyatı anlamaqla bağlıdır. Lənət deyil, ovsundur. Ağlını itirməyə çox yaxınlaşdığı zamanları olmuşdur hamının. Çox istəklisinizdir, sevginizi, nifrətinizi qorxularınızı idarə edə bilməzsiniz bəzən.
IMG_20211104_192634.jpg
Ruhi xəstələrin cəmiyətdən təcrid olunduğu yerə "dəlixana" deyirik. Dəlilərin saxlandığı yerdir bizə görə. Əslində, dəlixana dediyimiz yer çöldəkilər özlərini ağıllı hesab etsinlər deyə içəriyə yığılmış insanlarla dolu olan yerdir.
Eynşteyn bunu belə izah edir: "Eyni şeyi edib fərqli nəticə gözləməkdir dəlilik". Başınızmı qarışdı? Olur bəzən. Həyat bu. Həyatınıza dəyər verin, ağlınızı itirməyin :-)

Sort:  
 3 years ago 

Dəli sözü həm də igid deməkdir. Dəli Həsən. Qaldı ki xəstəlik mənasında dəli - mənə elə gəlir bu çoxunda özünü dərkin pik nöqtəsindən sonra baş verir.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 61420.98
ETH 3276.21
USDT 1.00
SBD 2.47