Meditasiya

in Steemit Azerbaijan☪✔3 years ago

Meditasiya etmək müsəlmanlar üçün günahdırmı?
Bundan 5-6 ay əvvəl meditasiya ilə tanış oldum. Məncə hər bir insanın meditasiya haqqında azda olsa məlumatı var.

s-64227503046e39107cb809156fd996d919a827cc.jpg

Ancaq insan onunla məşğul olduqca qaranlıq hissələrinin çox olduğunu görür. Mən çox disiplinli iş rejimində işləyirəm təqribən 8 saat kompyuter qarşısında əyləşib vətəndaşlara xidmət göstərirəm. Və istər-istəməz gün ərzində əsbləşirəm,strese düşürəm və s. Bu kimi hallar baş verir.Və mən meditasiya vasitəsi ilə bu halları özümdən uzaqlaşdırmağa çalışıram.Bildiyimiz kimi meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmdə olub.

artworks-ylwyrhTfFssfzLB0-RKlSoA-t500x500.jpg

Mən meditasiya haqqında oxuyanda bir çox müsəlmanların digər müsəlmanlara qarşı təhqirlərini gördüm.Onlar "Meditasiya eləməkdənsə get namaz qıl", "Kafir" kimi sözlər və cümlələr deyirdilər. Bir müsəlman kimi öz fikrimi bildirirəm ki, məncə günah deyil. Ola bilər budistlər bunu ibadət kimi edib ancaq mənim üçün meditasiya mənəvi olaraq özümü dincəltməkdi. Mən müsəlmanam və buddizm kimi bir dini tanımıram. Bu dünyadakı bütün insanları sevirəm və onlara hörmət edirəm. Onların xristian,buddist ya da zərdüş olması mənə maraqlı deyil.Mən öz dinimin mənə buyurduğu ibadəti edirəm. Və meditasiya,yoga məni öz dinimdən ,əqidəmnən ayıra bilməz.

OzdeColakoglu_1.jpg

Çünki meditasiya səni stressdən ,yorğun iş günündən, əsəbdən və bu tip pis auralardan uzaqlaşdırır. Bunu namazla müqayisə etmək qətiyyən düzgün deyil. Əgər sizin də niyyətiniz həqiqətən dincəlmək və stresdən uzaq olmaqdırsa meditasiya ilə rahat bir şəkildə məşğul ola bilərsiniz.

Qeyd:
Sizə neqativ enerji verən, fikirlərinizə hörmətsiz yanaşan sizi əsbləşdirən insanları uzaq tutun.
Və pozitiv olun ən əsası gülümsəyin və həyatınızı sevin.❤️

Link

Link

Link

Sort:  
 3 years ago 

Namaz özü də meditasiyadır. Onu günah kimi qavrayanlar meditasiyanın nə olduğundan xəbərsizdirlər.

Coin Marketplace

STEEM 0.19
TRX 0.17
JST 0.031
BTC 86273.50
ETH 3305.14
USDT 1.00
SBD 2.81