Evdə fast food

in Steemit Azerbaijan☪✔3 years ago

Salam hər vaxtınız xeyir hörmətli oxucular.
Bu gün mən sizləri mətbəxdən salamlıyıram və sizinlə hər kəsin sevdiyi ən çoxda balacaların sevimli yedikləri olan pizzadan danışmaq istəyirəm.Bilirəm ki, bu zamanədə asan yolu bunu bişirmək yox, sifariş etməkdir. İnsanların çoxu buna üstünlük verirlər. Amma az da olsa əziyyət çəksək, onun özümüzdə bişirə bilərik. Ona görə sizinlə dadli və asan hazirlanan bir pizza reseptiylə bölüşmək istəyirəm.

İstifadə olunan ərzaqlar:

pizza12.jpg

Mayonez 150 ml
Keççup (qarışıq acılı) 170ml yada zövqə görə))
Holland pendiri 300 qr
Sosiska (istəyə görə kolbasa və ya toyuq ətidə ola bilər ) 4 ədəd
Bibər (rəngli də ola bilər) 2 ədəd
Pomidor orta boy 2 ədəd.
Qeyd edim ki üzəri zövqə görə nə istəsəniz eləmək olar
-3 xörək qaşığı duru yağ
-1cay qaşığı duz.

Hazırlanma qaydası:

pizza-hamuru-620x376.jpg

Əvvəlcə ilıq olmaqla 2 stakan suyu (İstifadə ediləcək stakan 200ml-dir) iri dərin bir qaba əlavə edirik.Sonra üzərinə 1 cay qaşığı maya (quru şəkildə) və 1 cay qaşığı pesok əlavə edərək qarışdırırıq. 10 dəq gözlədikdən sonra həmin qarışımın üzərinə 3 xörək qarışığı duru yağ ,1cay qaşığı duz və 2 - 4 st. un əlavə ediləcək.(qeyd edim ki unu az az əlavə edərsiniz çünki ələ yapışmayan yumşaq bir xəmir alınmalıdı).
Xəmirin üzərini strec cəkərək qabarmasını gözləyək.
Xəmir mayalandıqdan sonra onu 2 hissəyə bölərək bişirəcək tavanı dibinə mayonezlə keccupun qarışığından bir az yaxaraq, xəmiri yayıb içərisinə yerləşdiririk . Daha sonra mayonez və keccup qarışımından xəmirin üzərinə bolluca cəkirik. Yerdə qalan ərzaqları isə zövqə görə nazık doğrayaraq əlavə edirik. (Təkcə holland pendirindən başqa). Hazırladığımız pizzanı hər iki üzünü 180 dərəcədə bişiririk. Tam hazır olmağa az qalmış rəndənlənmiş holland pendirini əlavə edərək daha bir 10 dəq saxlayaraq çıxarda bilərsiniz.

pizza.jpg

Gördüyünüz kimi bu da mutlu son! Pizzamız hazırdır.
NUŞ OLSUN.😊

Link

Link

Link

Sort:  
 3 years ago 

Çoxları elə bilirki sağıcılıq qadın peşəsidir ))

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62339.62
ETH 2444.37
USDT 1.00
SBD 2.62